Elm qapısını açan əziz İmamımız (ə), Allahın əzim adının 73 hərfi barədə
Mьəllif: admin1
Tarix: 18-12-2022, 11:00
Elm qapısını açan əziz İmamımız (ə), Allahın əzim adının 73 hərfi barədə
Rəhmətlik İmam (r) buyurur: “Biz iftixar edirik ki, Baqirul-ulum (ə) – tarixin ən üstün şəxsiyyətidir. Allah Təaladan, Peyğəmbərdən (s) və Məsum İmamlardan (ə) savayı heç kəs onun məqamını dərk etməmişdir və dərk edə bilməz”.

Rəhmətlik İmamın (r) vəsiyyətində bu qədər İmam (ə) içərisindən məhz İmam Baqir (ə) haqqında danışmasının səbəbi şübhəsiz ki, İmam Baqirin (ə) elm qapısını açmasına görədir. Bildiyimiz ki, Baqir ləqəbi də məhz ona görə Həzrət Peyğəmbər (s) tərəfindən verilmişdir.

Cabir ibn Abdullah Ənsari İslam təlimləri üçün onun yanına tez-tez gələrdi. İmamdan (ə) elmin sonsuz sirlərini və xəzinələrini öyrənirdi.

Bir gün Ömər ibni Hənzələ İmam Baqirin (ə) yanına gəlir və deyir: “Mən belə güman edirəm ki, sizin yanınızda məqama malik ola bilərəm”. Həzrət (ə) buyurur: “Bəli”. Ömər deyir: “Mənim sizdən bir xahişim vardır”. Həzrət (ə) buyurur: “O, nədir?”. Ömər deyir: “Allahın əzim adını mənə öyrədin”. Həzrət (ə) buyurur: “Ona qabiliyyətin vardırmı?”. Ömər deyir: “Bəli”. İmam (ə) buyurur: “Otağa daxil ol”. Ömər deyir: “Otağa daxil olan zaman İmam (ə) əlini torpağa qoyur və otaq qaranlıq olur. Bədənim titrəməyə başlayır və Həzrət (ə) buyurur: “İndi nə deyirsən, sənə öyrədimmi?”. Ömər deyir: “Yox”. Bu zaman İmam (ə) əlini torpaqdan çəkir və otaq əvvəlki halına qayıdır”.

Cabir İmam Baqirdən (ə) nəql edir ki, buyurub: “Allahın əzim adı 73 hərfdən təşkil edilmişdir. Asif ibni Bərxiya bu yetmiş üç hərfin ancaq birini bilirdi. Ancaq buna baxmayaraq, həmin bir hərflə onunla Bilqeysin taxtı arasında olan məsafəni qət etməyi və onunla taxt arasında vakuum yaratmağı və taxtı götürməyi bacardı. Bütün bu işlər bir göz qırpımında baş verdi. Ancaq biz Əhli-beytin (ə) yanında həmin 73 hərfi 72-si mövcuddur. Ancaq Allah 1 hərfi Özü üçün seçmişdir”.
Bəli, bu sadə bir məsələ deyildir. Ona görə də Məsumlarımızı (s) Allah və Məsumlardan (ə) savayı heç kəs dərk edə bilmir. 72 hərf o deməkdir ki, onun hər bir hərfi ilə yerdə və göydə olanlara hakim olmaq olar. Süleyman və Bilqeysin dastanında bu məsələyə işarə edilmişdir.

“Biz əmanəti (iman və təqvadan hasil olan uca, mənəvi və insani kamallara yetişməyi) göylərə, yerə və dağlara təklif etdik(onların bunu götürmək qabiliyyətlərini ölçdük), onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar və qorxdular (onlarda belə bir şeylə vəsflənmək səlahiyyəti olmadı və hallarının dili ilə qorxu izhar etdilər) və insan onu boynuna götürdü (onda zati bir səlahiyyət var idi, beləliklə təbiəti cəhətdən də onu qəbul etdi və buna görə də səmavi dini peyğəmbərlərin vasitəsilə onun öhdəsinə qoyduq) və həqiqətən, o (təbiətən özünə) zülm edən və (yüklənməsinin aqibətlərindən) cahil idi”. (“Əhzab” 72).

Bəlkə də bu ayə Allahın həmin əzim adına işarə edir. Cahil insanlar dedikdə, o kəslər nəzərdə tutulur ki, bu adı daşımağa qadir deyildirlər?!

Elm qapısını açan bu əziz İmamımız (ə) tarix boyu həmişə əziz tutulmuş və tarixin ən üstün şəxsiyyəti kimi dahilər tərəfindən qəbul edilmişdir və edilməkdədir də.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930