Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
Mьəllif: admin1
Tarix: 27-08-2016, 11:07
Uzun arzuların məzəmməti və onun ümidlə fərqi
Bir çox rəvayətlərdə üzərində təkid edilən mövzulardan biri də möminin uzun-uzadı arzulardan yaxa qurtarmasıdır. Uzun arzular insanın ilahi vəzifələrini yerinə yetirməsinə əngəl törədir və onu mənəvi tərəqqidən saxlayır. İnsan arzusuna çatmaq üçün ilahi hədəfləri kənara qoyur, özündən bixəbər olur, sabahın fikri ilə dəyərli fürsətləri əlindən qaçırır. Uzun-uzadı arzuların insanı kamal yolundan saxlayan mənfi rolunu və axirətin əbədi səadətini nəzərdə tutaraq, şeytan bu yoldan Allah bəndələrini azdırmaq üçün yararlı ehram ünvanı ilə istifadə edir: Allah Şeytanı öz dərgahından qovanda Şeytan dedi: - “...Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam. Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara saldıracağam...” (Ən-Nisa, 118-119)

Uzun arzuların xətəri barəsində, onların insanı şübhəyə salıb sonra kiçik günahlara sövq etməsi və nəhayət, böyük günahlara əl atmağa qədər uçuruma sürükləməsi ilə bağlı təhlükə hiss edən Həzrət Əli (ə) buyurur: - “Ey camaat! Mən sizə görə ən çox iki şeydən qorxuram: biri nəfsin istəklərinə tabe olmaqdır, digəri uzun arzulara qapılmaq. Nəfsin istəklərinə uymaq insanı haqq yoldan saxlayar, uzun arzular axirəti yaddan çıxarar.” (Nəhcül-Bəlaqə (tər.), xütbə 42, səh. 127)

Ümidlə uzun arzular arasındakı təfavütü başa düşmək üçün uzun arzunun məfhumunu izah etmək lazımdır. Xüsusilə də ona görə ki, arzu sözünün məfhumundan ümid anlayışı da çıxır. İnsan həyatının, zəhmətinin mayası – istər maddi işlərdə olsun, istərsə də mənəvi – ümiddir. Əgər bir adamın vəziyyətinin yaxşılaşmasına, yaxşı əməllərin nəticə verəcəyinə ümidi olmasa, nə dünya üçün iş görər, nə də axirət üçün.

Quranın buyurduğu kimi:
“Hər kim Allahın dünyada və axirətdə öz peyğəmbərinə kömək göstərməyəcəyini zənn edirsə, qoy göyə (evinin tavanına) bir ip uzatsın, sonra da (ipi boğazına salıb) kəssin (özünü ondan assın) və görsün ki, onun bu hiyləsi qəzəbinə səbəb olan şeyi (Allahın öz peyğəmbərinə göstərəcəyi yardımı) aradan qaldıra bilərmi?” (Həcc, 15.)

Bu tərcüməyə əsasən, əgər insanın Allahın köməyinə ümidi olmasa həmişə qəzəbin, ümidsizliyin torunda ilişib qalacaqdır. Həmişə narahat və dilxor olacaqdır və boşluğun, ümidsizliyin şiddətindən nə özünün, nə də başqalarının səadəti üçün bir addım belə ata bilməyəcəkdir. Günaha, cinayətə bulaşmasa da, başqa bir hərəkəti də olmayacaqdır.
Deməli, ümid uzun arzudan fərq edir. Ümid insanın hərəkət mühərrikidir. Allaha, axirət savabına, ilahi inayətə ümid etmək əxlaqi fəzilətlərdəndir. Həmin rəvayətdə Peyğəmbər (s) Əbuzərə buyurur: - “Behiştə getmək istəyirsən?” Yəni Behiştə getmək ümidin, arzun var? Bu onu göstərir ki, ümid bəyəniləndir. Pis olan, bəyənilməyən uzun arzular, xəyalpərvərlik, dünyaya qapılıb qalmaqdır. Deməli, mömin ümidsiz olmaz, əksinə o, dünyəvi arzuları beynindən silməklə zehni rahatlıq tapır, çünki zehni bu cür dünyəvi arzulara vaxt ayırmaqdansa daha şərəfli şeylər barəsində fəaliyyət edər. Möminin zehni Allaha ümidlə, Ona yaxınlaşmaq şövqə ilə qüvvət tapır./nur-az.com/


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930