İmam Rza (ə) Bəzənti adlı alimə ibrəti
Mьəllif: admin1
Tarix: 27-08-2016, 21:40
İmam Rza (ə) Bəzənti adlı alimə ibrəti
İmam Rzadan (ə) bizə xeyli sayda rəvayətlər çatıb. İndi isə bu rəvayətlərdən birini nəzərinizə çatdırırıq: “Əhməd ibni Məhəmməd ibni Əbu Nəsr Bəzənti öz əsrinin məşhur alimlərindən və məlumatlı adamlarından idi. İmam Rzanın (ə) onunla uzun yazışmasından və onların arasında olan sual-cavablardan aldığı nəticələrdən sonra Həzrətin (ə) imamlığına iman gətirdi.
Bir gün İmama(ə) dedi:
- Mən istəyirəm ki, işdə maneçilik olmadığı bir vaxt mənim gəlib-getməyim məmurlar nöqteyi-nəzərincə maneçilik əmələ gətirməsə, şəxsən Sizin evinizə gəlib hüzurunuzdan istifadə edim.
Bir gün vaxtın axırlarında İmam Rza (ə) öz şəxsi atını göndərib, Bəzəntini öz yanına çağırdı. Gecə yarısına qədər elmi sual-cavablar davam etdi. Bəzənti daim öz çətinlikləri haqda soruşur, İmam (ə) da cavab verirdi. Bəzənti bu fürsətdən istifadə etməyə müvəffəq olduğu üçün fəxr edirdi. Gecə keçdi və yatmaq vaxtı çatdı. İmam (ə) xidmətçini çağırıb buyurdu:
- Mənim şəxsi yatağımı gətir, Bəzənti üçün yer sal, qoy istirahət etsin.
Bu yüksək hörmət və məhəbbət Bəzəntiyə çox təsir etdi. Xəyal quşu pərvaza gəldi. Ürəyində öz-özünə deyirdi:
-İndi dünyada məndən xoşbəxt və səadətli adam yoxdur. Bu, mənəm ki, İmam (ə) öz şəxsi atını mənim üçün göndərdi və məni onunla öz mənzilinə gətirdi, mənim suallarıma cavab verdi. Bunlardan əlavə, bu, mənəm ki, yuxum gələn zaman İmam (ə) göstəriş verib, öz şəxsi yatağını mənim üçün saldırdı. Bəs dünyada məndən xoşbəxt və səadətli bir adam varmı?
Bəzənti bu xoş xəyallarla məşğul idi. Dünyanı və yüksəklikləri öz ayağı altında görürdü. Qəflətən əllərini yerə dirəyib qalxmaq və getmək istəyən İman Rza (ə), “Ey Əhməd!” - cümləsi ilə Bəzəntiyə müraciət edib, onun güman ipini qırdı. Sonra buyurdu:
- Heç bir zaman bu gecə sənin qarşına çıxanları özünün başqalarına nisbətən iftixar və imtiyaz kimi qəbul etmə, ona görə ki, Əli ibni Əbu Talibin (ə) yaxın köməkçilərindən biri olan Səsəət ibn Sühən xəstə olan zaman, Həzrət (ə) ona baş çəkməyə gedib, ona çox məhəbbət və nəvaziş etdi. Məhəbbət əlaməti olaraq əlini onun alnına qoydu. Durub gedərkən ona xitabən buyurdu:
- Bu işləri heç fəxr və imtiyaz kimi qəbul etmə, bunlar sənin üçün dəlil-sübut ola bilməz. Mən bütün bunları mənə aid olan təklif və vəzifə xatirinə əncam verdim və heç vaxt heç kəs gərək bu cür işləri özlərinin kamalı kimi fərz etməməlidir.

(Mənbə: Mürtəza Mütəhhəri, “İbrətamiz hekayətlər” (səh.55, 56))
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031