“Bütün insanlar cəhənnəmə daxil olar” ayəsindən məqsəd nədir?
Mьəllif: admin1
Tarix: 18-05-2020, 09:46
“Bütün insanlar cəhənnəmə daxil olar” ayəsindən məqsəd nədir?
Quranın buyurduğuna görə, hər birimiz bir gün cəhənnəmdən daxil olarıq:

“Sizdən(insanlardan) cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbinin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən)labüddür. Sonra (etiqad və əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən və ya daxil olduqdan sonra)qurtaracaq, zalımları isə(əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq”. (“Məryəm” 71-72).

Göründüyü kimi ancaq təvqa əhli xilas olacaq. Sirat o körpüdür ki, cəhənnəmin üstündən çəkilər. Hamı oradan keçməyə məcburdur.

Əllamə Həsənzadə Amuli buyurur: “Həzrət Peyğəmbər (s) öz səhabələri ilə məsciddə əyləşmişdi. Qorxulu səs eşidirlər, onlar qorxurlar.

Həzrət (s) buyurur: “Bilirsinizmi ki, bu nə səsdir?”.

Deyirlər ki, Allah və Rəsulu (s) daha yaxşı bilir.

Həzrət Peyğəmbər (s) buyurur: “70 il qabaq cəhənnəmin yuxarısından bir daş atılmışdı, indi onun dibinə çatır. Onun enməsindən bu səs meydana gəlir”.

Həzrətin (s) sözləri hələ bitməmişdi ki, Mədinə münafiqlərinin birinin evindən fəğan səsi gəldi və onun 70 yaşı var idi.

Həzrət Peyğəmbər (s) buyurur: “Allahu Əkbər!”.

Səhabələr başa düşdü ki, bu daş həmin münafiq imiş və Allah onu yaratdığı gündən cəhənnəmə enirdi. Ölən kimi cəhənnəm quyusunda qərar tutur. Allah Taala buyurur: “Münafiqlər cəhənnəmin ən aşağı dərəcəsindəndir”.

Alimlərin nəzərinə görə “Siz bütün insanlar cəhənnəmə daxil olacaqsız” o deməkdir ki Sirat körpüsündən hamı keçməlidir. Hamı cəhənnəmin odunun üzərində olan siratdan keçməlidir ki, Allahın əzablarla bağlı verdiyi vədlərin düz olduğunu görsünlər və cənnətə gedənlər də Allahın mərhəmətinə görə durmadan şükür etsinlər.

Siratdan salamat keçə bilən insanlar təqva əhldirlər. Bu Sirat çox dardır. Yalnız əməlisalehlər keçə biləcək. Cəhənnəmin odunu gördükdən sonra.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930