İmam Sadiqin (ə) Əhli-beyt (ə) tərəfdarlarından xahişi
Mьəllif: admin1
Tarix: 28-05-2022, 10:38
İmam Sadiqin (ə) Əhli-beyt (ə) tərəfdarlarından xahişi
Peyğəmbər (s) və imamlar bizim üçün nümunədir. Onların yaşam tərzi və sünnəsi bizə həyatda örnək verir.

Onlar Allahın insanlara göndərdiyi höccətlərdir. Bu höccətlərin gəlməsi dinin və dini dəyərlərin insanlara çatdırılması deməkdir. Bundan sonra insanlar üçün bəhanə yeri yoxdur demək.

Peyğəmbər və imamlar bizim üçün örnəkdirsə biz necə, onlara layiq olan əməllərin sahibiyikmi?

İnsanların əməllərinin mahiyyətindən asılı olmayaraq, Allahın höccətləri höccət kimi qalacaqlar. İnsanların əməlləri Allah dərgahında onları sarsılda bilməz.

Lakin şiələrin cahilliyi, səhlənkarlığı və günahlarından yararlana bilən düşmən təbliğatı imamları belə cəmiyyətdə pis tanıtdıra bilərlər.

Məsələn başda Müaviyət ibni Əbu-Sufyan olmaqla Üməyyə hakimiyyətinin Əhli-Beytə və imamlara qarşı məscidlərdə, minbər və mədrəslərdə həyata keçirdiyi təbliğata işarə etmək olar.

Məhz buna görədir ki imamlar şiələrdən Əhli-Beytə layiq əməllərin görülməsini istəyiblər.

Şeyx Səduq əl-Əmali əsərində İmam Sadiqdən nəql edir:

“Ey şiə camaatı! Bizim üçün zinət və bəzək olun, bizə ar olmayın! Camaata yaxşı sözlər deyin! Dilinizi qoruyun! Pis və yersiz sözlərdən əl çəkin!"

Mişkatul-Ənvar əsərində belə bir hədis gəlib:

“İmam Sadiq buyurdu: Allah rəhm etsin o bəndəyə ki bizi camaatın gözündə sevdirər. Bizə qəzəb qazandırmaz. Bilin ki əgər camaat bizim o sözlərimizi eşitsələr bizə tərəfdar olarlar”.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031