Ədalət əhli olun ki, İlahi tofiqatı əldə edəsiniz
Tövfiq sözü lüğətdə iki mənada işlənir:
1. İnsanla həqiqət arasında olan həmahənglik. Bu həmahəngliyin yaranması Allahın işidir. Allah bu həmahəngliyə nəzm verir və insan da gərək onu zahir etsin, həyata keçirtsin. 2. Allahın hidayəti. Allah Təala bəşəri iki şeylə hidayət edir: səma kitabı vasitəsilə, insanın Quranla həmahəng olması ilə. Allah Təalanın bəşər üçün göndərdiyi ən kamil, ən dəyərli, ən faydalı kitab – Qurandır. Qurani-Kərim insanları haqqa hidayət edir, yönləndirir, haqq dəlilləri gətirir, haqq çırağıdır və Mehriban Allahın hüccətidir. Bu, tövfiqin ilk mənasıdır. Tövfiqin başqa mənası isə budur ki, Allah Təala bizim bədənimiz, ruhumuz, nəfsimiz, batinimiz və ağlımızla Quran arasında həmahənglik yaradır. Özü bu həmahəngliyin necəliyi barəsində belə buyurur: “Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz”. (“Nəhl” 90). Elə ki, insan ədalət əhli olur, onunla ədalət arasında həmahənglik yaranır. Bu insan adil və insaflı olur. Mötədil həyat sürür və bu, tövfiqin həqiqi mənasıdır. O, hamıya münasibətdə saleh əməl sahibi olur. Peyğəmbərlər (ə) kimi ehsan və yaxşılıq əhli olur və insanlar arasında fərq qoymur. İmam Səccad (ə) 40 il gecə yarısı yoxsulların qapısına gedər və onlara paltar, yemək aparardı. Tanınmaq istəməz və bundan ehtiyat edərdi. Allah Təala Həzrət İsaya (ə) nəsihətində buyurur: “Ey İsa! Səhər tezdən ki, evdən çıxırsan, günəş kimi ol. Günəşə nəzər sal və bax gör necə imtina etmədən, simiclik etmədən hər evə və hər tərəfə işıq saçır. Sən də insanlara yaxşılıqda bu cür ol. Hamı üçün bərəkət və mənfəət mənbəyi ol!”. Allah bizlərə əmr edir ki, qohumlarımıza maddi yardım edək. Məgər zəngin insanlar deyə bilərmi ki, mən onlara maddi yardım edə bilmirəm? Bu tövfiqdir ki, insan öz yoxsul qohumlarına əl tuta bilsin. Əgər tövfiq yoxdursa, nə qədər zəngin olursansa-ol, bu xeyir işi görə bilməyəcəksən. İnsan ola bilərmi ki, günah etməsin və çirkinlikdən uzaq olsun? Bəli, edə bilər. Bu da bir tövfiqdir. Allah insana bu qüdrəti vermişdir ki, özünü çirkinliyə və günaha batırmasın. Bu, İlahi tövfiqdir. Bütün bu tövfiqlər insan varlığının həqiqətidir. Əgər insan həqiqi mömin olmaq istəyirsə, gərək Allahın hidayətinə tərəf üz çevirsin. Özü ilə yaxşı əməlləri həmahəng edə bilsin. (Erfan) /Deyerler.org/ Oxşar xəbərlər
|