Ayətullah Behcətdən itən əşyaların tapılması üçün tövsiyyə
“Allahummə inni əs`əlukə, ya müzəkkirəl xayr və fəiluhu vəl əmuru bihi, ən tusəlliyə ələ Muhəmməd və əli Muhəmməd, və tuz'kkirani ma ənsənihiş Şəytan” (İlahi! Ey xeyirli işləri yada salan, görən və ona əmr edən! Səndən Muhəmməd və ali Muhəmmədə salam göndərməyini və Şeytanın unutdurduğu şeyi mənə xatırlatmanı istəyirəm).
İmam Həsən Əsgəridən (ə) nəql olunan bu dua, həmçinin unudulan məsələləri xatırlamaq üçün də təsirlidir. Bundan əlavə Quranda da bəzi ayələrin unutqanlıq probleminə xeyri vardır. Hədisə əsasən Quan, hər dərdin dərmanıdır. Quran, Əhli-beyt və alimlərimizə sahib olmağımıza baxmayaraq yenə də ABŞ və bəzi ölkələrdən nəsə istəyirik. Onlardan əldə etdiyimiz yardımların zahirini görürük, amma batinindən isə xəbərsizik. Bu yardımların batini hamballıq və nökərçilikdən başqa bir şey deyildir.” Ayətullah Behcətin məhzərində, səhifə 113 Oxşar xəbərlər
|