Ayətullah Behcətdən Quran barədə tövsiyyələr
Qurana böyük əhəmiyyət verən və bunu tələbələrinə də ciddi şəkildə tapşıran böyük əxlaq ustadı mərhum Ayətullah Behcət buyurur: “Quranın oxunma və əzbərlənilməsinin, bu ilahi rəhmət çeşməsindən istifadəyə nə qədər yararlı olduğunu bir Allah bilir.
Hədisdə belə buyurulur: Quranı xətm edən şəxsin ruhunda sanki peyğəmbər (ruhu) yerləşdirilib, bir fərqlə ki, ona vəhy olunmaz. Yəni Quran peyğəmbərlərin hədəfini insana çatdırandır. Biz, lazımı şəkildə Qurana diqqət ayırmırıq. Əhli-beytin hərəmlərini zyarət etməyə tələsdiyimiz kimi, Qurana da diqqət ayırmağa tələsək. Bir şəxs deyirdi ki, 3 ay ərzində bir neçə dəfə Quranı xətm etdim. Əzbərləmək qəsdim olmasa da, bu müddətdən sonra Quranı əzbər bildim.” Ayətullah Behcətin məhzərində, s 114. Oxşar xəbərlər
|