Qəribliyə düşmüş Loğmanın oğluna 20 qısa nəsihəti
Mьəllif: admin1
Tarix: 26-03-2021, 09:45
Qəribliyə düşmüş Loğmanın oğluna 20 qısa nəsihəti
Loğmanın oğluna nəsihətləri bir çox mənbələrdə gəldiyi kimi Biharul-Ənvar əsərində (cild-13 səhifə-427) də gəlibdir.

Həkim Loqman bir gün Mosula yollanır və bir müddət Mosulun Kumlis kəndində məskunlaşır. Qəriblikdən burada işi alınmadı və narahatlıq keçirirdi. Ona kömək edən kimsə də yox idi. O oğlunu yanında oturdub bu nəsihətləri etdi:

“Oğlum dünya dərin dəryadır. Çoxları onda batıb. Burada işləyərək, azuqə topla. Müsafiri təqva olan bir gəmi tut. Ondan sonra dalğaların üstünə qalx, bu zaman xilas olacaqsan. Mən narahatam ki xilas olmayasan.

Oğlum gəmi imandır (iman kimidir). Onun yelkənləri Allaha təvəkkül etməkdir. Gəminin sakinləri səbirdir. Avar çəkmək isə oruc, namaz və zəkatdır.

Oğlum gəmisiz dəryaya girən boğular.

Oğlum az danış!, Allahı hər yerdə yad et!, Çünki Allah sənə xəbərdarlıq edib, qorxudub, agah və təlim edib.

Oğlum Camaat sənin işlərindən (səhvlərindən) öyüd almamış, sən Camaatın işlərindən öyüd-nəsihət götür!

Oğlum böyük bir hadisə başına gəlməmiş kiçiyindən ibrət al!

Oğlum qəzəb zamanı onu cilovla ki cəhənnəmin oduna odun olmayasan!

Oğlum kasıbçılıq, digərlərinin hüquqlarına təcavüzdən zülmdən və Allaha üsyan etməkdən daha yaxşıdır.

Oğlum uzaq ol o borcdan ki verə bilməyəcəksən!

Oğlum kimsəni xar etməkdən çəkin ki, səni də xar edərlər

Oğlum qorx ki bu dünyadan “kasıb” gedəsən və geridə qoyduğun malla digərini əmir edəsən.

Oğlum Allah insanları əməlləri vasitəsilə girov saxlayır. Ondan vay o şəxslərin halında ki əlləri bulaşıb.

Oğlum madam ki dünyada şeytan və günah var onu təhlükəsiz bilmə!

Oğlum səndən öncə yaxşılar imtahana çəkiliblər. Belə olan halda bundan sonrakılar necə amanda qalcaqlar!?

Oğlum dünyanı özün üçün zindan bil ki Axirət behiştin olsun

Oğlum sənin vəzifən dağları çiyninə almaq deyil. Həmçinin gücün çatmayan bir şey də sənin vəzifən deyil. Buna görə bir problemi çiyninə alıb, öhdəlik vermə! Özün əlinlə özünü qurban etmə!

Oğlum əkdiyini biçəcəksən, Yalnız gördüyün işinin əvəzini alacaqsan.

Oğlum şahlarla qonşuluq etmə!, səni öldürərlər. Onlara itaət də etmə!, kafir olarsan

Oğlum kasıblarla qonşuluq et! Xüsusilədə müsəlmanların yoxsulları ilə.

Oğlum yetim üçün mehriban ata, dul qadın üçün ürəkyandıran ər kimi ol!

Oğlum bağışla deyən hər kəs bağışlanmaz. Yalnız itaət edən bağışlanar”


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930