Yalan danışmağın zərəri
Mьəllif: admin1
Tarix: 16-03-2023, 21:43
Yalan danışmağın zərəri
Yalan dedikdə, həqiqət olmayan əsassız danışıqlar və davranışlar başa düşülür. Deməli, yalan həm dildə, həm də əməldə özünü büruzə verə bilir.

Yaşadıqımız cəmiyyətdə problemlər həddindən artıq çoxdur. Həm mənəvi, həm də maddi. Mən istərdim mənəvi problemlərdən olan bəzən tez-tez eşidiyimiz yalan haqqında danışaq. Yalan danışmaqın bizə zərəri nədir?

Görəsən, hansı qüvvədir hətta xoşumuz gəlməsə də, bizi yalana doğru yönəldir. Bəzi mütəxəsislər deyirlər ki, insanı yalan danışmaqa məcbur edən qorxu hissidir.

Bəzən insan ya özünü müdafiə etmək üçün (haqsız olduqu halda), ya da əlində olan hansısa dəyərli varlığı itirməmək üçün yalan danışır. Ola bilsin ki, yalan bir problemi həll edə bilir, amma özlüyündə yüz problem gətirir.

Yalan dedikdə, həqiqət olmayan əsassız danışıqlar və davranışlar başa düşülür. Deməli, yalan həm dildə, həm də əməldə özünü büruzə verə bilir.

Yalan Allahın sevmədiyi, lakin şeytanın çox sevdiyi bir işdir. Çünki əbədi olaraq Allahın rəhmətindən qovulmuş şeytan, məhz yalan vasitəsi ilə məqsədinə çatır. Əsassız bir vasitə ilə insan özünü müdafiə edə bilərmi? Xeyr!

Yalanın ömrü həmişə az olur. Yalançı isə daima rüsvay olur. Yalanın insana zərərləri barədə Məsumlarımızdan (ə) bəzi kəlamları qeyd etmək çox gözəl olardı.

Həqiqətən yalan çox kiçik olsa da insanın əməl dəftərinə yazılır. (Həzrət Peyğəmbər (s)).Sözlərin ən pisi - yalandır. Doğru danışmaq imanın başı və insanın zinətidir. (İmam Əli (ə)).

Yalan danışmaq imanı zay edər. Əmanətdarlıq və düz danışmaq ruzinin artmasına səbəb olar. (İmam Baqir (ə)).Hədisdə gəlmişdir ki, Həzrət Peyğəmbəri (s) bir nəfər qonaq çağırdı.

Həmin evdə uşaq ağlamağa başladı. Anası onu sakitləşdirmək üçün uşağa dedi: Ağlama, sənə xurma verəcəm. Həzrət (s) öz qeybi elmi ilə dedi: Ey xanım, evdə xurma olmadığı halda, niyə ona yalandan xurma vəd edirsən? Mənim dinimdə yalan danışmaq caiz (düz) deyil.

Hətta uşaqlara belə.Allah Təala tərəfindən vacib buyurulmuş əməlləri yerinə yetirməməyimiz və əksinə, haram buyurulmuş hər hansı bir işi görməyimiz də şeytanın bizə yalan vədlərindəndir. İslam dininə görə bəzi hallarda yalan danışmaq olar.

Həzrət Peyğənbər (s) buyurub: Üç yalanın günahı Adəm oğlunun adına yazılmır: Savaş vaxtı deyilən yalan. Zövcəsinin könlünü almaq üçün adamın dilinə gətirdiyi yalan. Bir də iki küsülünü barışdırmaq üçün deyilən yalan.

Əziz bacı və qardaşlar, gəlin şeytana xas olan bu iyrənc işdən çəkinək - İslamın yol verdiyi hallar istisna olmaqla. Hər bir halda düz danışaq.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930