Allahın ərşi nə deməkdir? Bu ərşi kim saxlayır?
Mьəllif: admin1
Tarix: 15-12-2021, 10:28
Allahın ərşi nə deməkdir? Bu ərşi kim saxlayır?

“Mələklər göyün ətrafında (nəzarətçi) olarlar. Sənin Rəbbinin ərşini o gün səkkiz nəfər (ya səkkiz dəstə) öz başları üstündə (yaxud səmadakıların başları üstündə) tutarlar”. (”Haqqə” 17).

Hədislərin bir çoxunda ərşi həml edən mələklərin sayı dörd və ya səkkiz kimi bəyan olunmuşdur. İsrafil (ə) onların rəhbəridir.

Bu ayədən də göründüyü kimi, ərşi həml edənlər – mələklərdir, ancaq onların sayının səkkiz olduğu və ya səkkiz dəstə olduğu naməlumdur.

Hədislərimizin buyurduğuna görə hal-hazırda ərşi həml edən mələklərin sayı dörddür. Ancaq Qiyamət günü bu rəqəmin iki bərabəri olacaqdır.

Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Onlar bu gün dörd nəfərdirlər. Qiyamət günü onları başqa dörd nəfərlə gücləndirəcəkdir və səkkiz nəfər olarlar”.

Həzrət (s) başqa yerdə buyurur: “Mən Allahın məxluqlarının seyyidiyəm, mən Cəbrayildən (ə), Mikayildən (ə), İsrafildən (ə) və Allah ərşini həml edən mələklərdən üstünəm”.

Nəql edilir ki, İsrafil (ə) Cəbrayillə (ə) müzakirə edirlər. İsrafil (ə) deyir: “Mən səndən üstünəm”.

Cəbrayil (ə) soruşur: “Hansı cəhətdən sən məndən üstünsən?”.

Cavab verir: “Çünki ərşi həml edən mələklər mənim nəzərim altındadırlar, sur sahibiyəm, Allahın ən yaxın mələyiyəm”.

Cəbrayil (ə) deyir: “Mən səndən üstünəm. Çünki mən Allah vəhyinin əminiyəm və Allahın həlak etdiyi hər bir ümmət mənim əlimlə olmuşdur”.

Xitab gəlir: “Sakit olun! İzzət və Cəlalıma and olsun ki, elə insanlar xəlq etmişəm ki, sizdən daha üstündürlər”.

Sonra qüdrət hicablarını götürür və görürlər ki, ərşin sütununda yazılıbdır:

لا اله الا الله ، محمد رسول الله ، على و فاطمة و الحسن والحسین خیر خلق الله.


“Alahdan başqa ilahi yoxdur. Həzrət Muhəmməd (s) Allahın rəsuludur.

Həzrət Əli (ə), Xanım Fatimə (s.ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) – yaranmışların ən xeyirlisi, ən üstünüdürlər”.

Hədislərdən bu nəticəyə gəlmək olur ki, Cəbrayil (ə) – İlahi vəhyin məmuru, Mikayil (ə) küləklər, yağış, bitkilərin məmuru, İsrafil (ə) İlahi əmri onlara çatdırmaqda məmur və Əzrayil (ə) canları almaqda məmurdur.

Qiyamət günü surun çalınması – İsraflin (ə) ən mühüm vəzifələrdəndir.

Hədislərimiz buyurduğuna görə, İsrafil (ə) son canlı olacaqdır ki, bütün canlılardan sonra ölümü dadacaqdır.

İlk kəs olacaqdır ki, Qiyamət günü diriləcək və ikinci suru çalacaqdır.

İsrafilin (ə) adı Quranda çəkilməmişdir. Onu adını bizlərə hədislərimiz tanıtmışdır.

Hədislərimizin nəzərinə görə İsrafil (ə) – Allahın həyat sifətinin nişanəsidir.

Necə ki, Cəbrayil (ə) – elminin nişanəsidir, Mikayil (ə) – iradəsinin nişanəsidir və Əzrayil (ə) – qüdrətinin nişanəsidir.

O zaman ki, Həzrət İbrahimi (ə) mancanaqla atəşə atmaq istəyirlər, İsrafil (ə) ilk mələk olur ki, Allahın əmri ilə ona yardım etmək üçün tələsir.

İsrafil, Həzrət Peyğəmbərə (s) vəhy nazil olmazdan üç il əvvəl Həzrətlə (s) birlikdə olmuşdur.

Peyğəmbər (s) onun səsini eşidirdi, ancaq özünü görmürdü. Bəzi hədislərə görə, İsrafil (ə) səmanın azan verəni kimi tanıdılmışdır.

Bir çox hədislərin nəzərinə görə ərşi həml edənlər insanlardırlar. İlk dörd nəfər: Nuh (ə), İbrahim (ə), Musa (ə) və İsadır (ə).

Sonuncu dörd nəfər isə: Muhəmməd (s), Əli (ə), Həsən (ə) və Hüseyndir (ə).

Bu hədislərdə ərşi həml etmək dedikdə, Allahın elmini həml etmək nəzərdə tutulmuşdur.

İmam Sadiq (ə) buyurur ki, İlahi ərş dedikdə, elm nəzərdə tutulur. Onu həml edənlər səkkiz nəfərdirlər ki, onların dörd nəfəri bizdəndir və dörd nəfəri də o kəslərdir ki, Allah istəmişdir.

İmam Əlidən (ə) nəql edilir ki, İlahi ərşi həml edənlər alimlərdirlər ki, Allah elmini onlara öyrətmişdir.

İmam Rza (ə) buyurur ki, Allahın ərşi – elm və qüdrətin adıdır.

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, İlahi əşr dedikdə, elmə işarə edən bir alleqoriya nəzərdə tutulur.

Rəhman Allahın tədbir və hakimiyyət etdiyi mərkəzdir ki, Onun elm və qüdrəti ilə bağlıdır.

Ərşi həml edənlər isə Onun elmini həml edənlərdirlər. Onların başında peyğəmbərlər (ə), İlahi rəhbərlər durur.

Bəzi mələklər də onlara bu təhlükəli vəzifədə yardım edirlər.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930