Məqalələr Seyyidlərin borcunu İmam Əliyə (ə) yazan tacirin əhvalatı
Mьəllif: admin1
Tarix: 21-09-2020, 11:01
Məqalələr Seyyidlərin borcunu İmam Əliyə (ə) yazan tacirin əhvalatı
"O zaman ki, Əli (ə) sənin borc verənin idi və Ələvi seyyidlərə borc verirdin, indi ki, bu haldasan, sənə heç diqqət edirmi? Sənin sorağına heç gəlibmi?...

Kufədə Əbu Cəfər adlı tanınmış bir tacir yaşayırdı. Onun seyyidlərə qarşı xüsusi hörməti var idi. Nə zaman seyyidlərdən biri ondan borc istəsə, həmin miqdarı verər və köməkçisinə deyərdi: "Bu borcun məbləğini filan dəftərdə İmam Əlinin (ə) hesabına yaz".

İllər boyu bu adətinə əməl edir. Ancaq o zaman ki, ticarəti və həyatı dəyişir, sərmayəsi əlindən gedir, yoxsul olur. Həyat xərcini təmin etmək üçün borc verdiyi insanların sorağına gedir.

Əgər həmin adam sağdırsa, həmin dəftərdə yazılan məbləği istəyir, ancaq əgər ölübdürsə, adını dəftərdən silirdi. Lakin İmam Əlinin (ə) adına yazılan borclar olduğu kimi dururdu.

Çünki borc verdiyi insanların adını yazmamışdı. Həyat yoldaşı buna görə onu çox incidirdi. Onu danlayırdı ki, niyə hamıya borc verib, özünü bu hala salmısan?

Bəzi münafiqlər də ona tənə vururdular. Bir gün evinin qarşısında əyləşmişdi və bu zaman qara qəlblilərdən biri onun yanından keçirdi. Ona söz atır və deyir:".

Tacir bu tənəli sözləri eşidən zaman çox inciyir. Çünki görür ki, bu münaifq fürsətdən istifadə edib, Əliyə (ə) dil uzadır.

Tacir qəmgin halda yatır və yuxuda Həzrət Peyğəmbəri (s) görür. Yanında İmam Həsən (ə) və İmam Hüseynlə (ə) yolu keçirdi.

Peyğəmbər (s) İmam Həsən (ə) və İmam Hüseyndən (ə) soruşur: "Atanız hardadır?

Elə bu zaman İmam Əli (ə) hazır olur və deyir: "Ey Rəsulallah! Elə buradayam".

Həzrət Peyğəmbər (s) İmama (ə) buyurur: "Bu tacirin haqqını niyə vermirsiniz?".

Əziz İmam (ə) buyurur: "Elə indi onun haqqını gətirmişəm ki, verim".

Həzrət Peyğəmbər (s) buyurur: "Onda haqqını ver".

İmam Əli (ə) qızılla dolu kisəni ona verir və buyurur: "Bu kisəni al. Nə zaman mənim övladlarımdan kimsə səndən borc almağa gəlsə, onları məhrum etmə. Bundan sonra yoxsul olmayacaqsan".

Tacir yuxudan ayılır və görür ki, qucağında qızılla dolu kisə vardır. Həyat yoldaşını yuxudan oyadıb deyir: "Ey zəif imanlı və süst əqidəli! Bu kisəni al ki, orada min dinar vardır".

Qadın ərinə deyir: "Allahdan qorx. Yoxsulluq bais olmasın ki, başqasının malını alasan. Əgər hiylə ilə tacirlərdən birinin malını almısansa, onu qaytar. Yoxsulluqla barış və səbir et ki, Allah ən gözəl Raziqdir. Səbr edənlərə kömək edər".

Tacir yuxusunu danışır və qadın ona inanmır. Ərinə deyir: "Əgər düz deyirsənsə, seyyidlərin hesabına yazdığın borcları mənə göstər ki, miqdarına baxım".

Tacir həmin dəftəri göstərir. Ancaq görür ki, seyyidlərin hesabına yazılmış borclar silinib...

O gündən sonra tacirin İmam Əlidən (ə) başqa bir tələbi olmur.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930