İmam Rizanın (ə) Ayətullah Fazil Lənkəraniyə inayəti
“Ziyafət” verlişinin qonağı olmuş Ayətullah əl-üzma Fazil Lənkəraninin (r.h) oğlu, Ayətullah Məhəmmədcavad Lənkərani atası haqqında bir əhvalat danışdı:
Atam İmam Rizanı (ə) ziyarət etməyə çox diqqətli idi. Hər dəfə də hərəmə gedəndə onun ziyarəti bir saat yarım çəkirdi. Atam özü deyirdi ki, bir gün hərəmdə idim. Vida duası oxumaq istəyirdim. Camaatın özünü İmamın (ə) zərihinə yapışdırdığına gözüm sataşdı. Öz-özümə fikirləşdim ki, biz şiələrin ruhanisiyik, amma özümüzü zərihə çatdıra bilmirik. Vida ziyarətini oxuyub hərəmdən çıxdım. Əsli qapıya tərəf gedirdim. Birdən biri mənə dedi: Zərihin yanına gəlmək istəyirsən? Dedim: Bu mənim arzumdur. Dedi: Mənim arxamca gəl. Mən də onun arxasıyca getdim. O məni zərihə tərəf apardı. Zərihin yolu açıldı. Mən zərihin yanına getdim və üzümü zərihə yapışdırdım, Əminullah ziyarətini səfa ilə oxudum. Çox şad bir halda geri qayıtdım. Birdən özlüyümdə fikirləşdim, o kişi haradan bilirdi ki, mən zərihə yaxınlaşmaq istəyirəm?! O kişidən soruşdum ki, mənim zərihə yaxınlaşmaq istədiyimi haradan bilirdin? Dedi: Sən gedəndə zərihdən bir səs gəldi. O səs buyururdu: Cənab şeyxi gətirin! Mən bu hadisəni Ayətullah əl-üzma Vəhid Xorasaniyə danışdım. O dedi: Zərihdən çağırılan cənab şeyx, bizim dediyimiz cənab şeyxdən fərqlidir. Oxşar xəbərlər
|