İmam Baqirin (ə) Əhli-beytsevərlərə son vəsiyyəti
İmam Baqir hicri ilinin 114-cü ilində zil-hiccə ayının 7-də zəhərlənərək şəhid edildi. İmam şəhid edilməmişdən öncə səhabəsi Cabir bin Yəzid Cəfi vasitəsilə şiələrə belə bir vəsiyyət edib:
“Allaha and olsun kimsə Allaha itaət etmədən və təqvalı olmadan bizim şiəmiz ola bilməz. Şiəni yalnız təvazökarlıqla, Allahı çox yad etməklə, camaat barədə söz-söhbət etməkdən çəkinməklə və onların yaxşılarını deməklə tanınırlar.” Bu zaman Cabir dedi: Ey Allahın Rəsulunun oğlu axı indiki zamanda bu sifətlərlə kimsəni tanımırıq. İmam buyurdu: “Ey Cabir bu fikirlər və xam xəyallarla yolunu azma! Məgər bir insan üçün bu kifayət edərmi ki, sırf Əlinin məhəbbətinə sahib olduğunu iddia etsin!? (və bununla da behiştə gedəcəyini fikirləşsin?!) Hətta əgər Allahın Rəsuluna məhəbbətim var desə belə (hal bu ki Peyğəmbər hz Əlidən də üstündür.) faydası yoxdur. (gərək əməl ola)” (Muntəhəl-Amal fi tarixin-Nəbiyy vəl-Al, Şeyx Abbas Qummi). Oxşar xəbərlər
|