Bədbinliyin insana gətirdiyi ziyanlar
Mьəllif: admin1
Tarix: 9-09-2016, 16:41
Bədbinliyin insana gətirdiyi ziyanlar
Allah Təala “Hucurat” surəsində əxlaqın üç mühüm nöqtələrinə işarə edərək, insanları din qardaşları ilə rabitədə bu sifətlərə malik olmağa dəvət edir. Bu sifətlər bunlardır:
1. Müsəlman qardaşına qarşı bədbin olmaq qadağandır.
2. Müsəlman bir insan başqa insanların işinə lüzumsuz maraq göstərməməlidir.
3. Müsəlmanın arxasınca qeybət etmək haramdır.
Bizim mövzumuz bədbinlikdir. Bu sifətə malik olan insan başqalarının həyatında ancaq mənfi tərəfləri görə bilir. Bədbin insanlar minlərlə aydın olan məsələ arasında ancaq qaranlıq və zülmətli tərəflərə diqqət edirlər. Biz hamımız bilirik ki, müsəlmanın malı, abırı və canı möhtərəmdir və ona qarşı hər bir bədgümanlıq haramdır. Heç bir müsəlman başqa müsəlmana qarşı daxilində bədbinlik və bədgümanlıq bəsləməməlidir. İslam dini kamil bir din olaraq, müsəlmanlara sui-zənn etməyi qadağan etmişdir.
Bədbinliyin ziyanları çoxdur, onların üçü ilə tanış olaq.
1. Bədbinliyin ilk ziyanı insanın özünə dəyər. Bu insanlar başqalarının əməllərini nöqsansız hesab edə bilmədiklərinə görə, daima ruhi əziyyət içində olurlar.
2. Bədbinlik ülfət və dostluğu aradan aparır. Çünki bədbin insan qarşı tərəfi həmişə xəyanətkar kimi təsəvvür edir. Ona görə də onunla olan rabitələrini qırır. Məsumlarımız (ə) buyurur: “Bədgümanlıq kimə qələbə çalarsa, onunla dostları arasında olan hər növ sülh və səfanı aradan aparar”.
3. Bədbin insanlar həmişə inzivaya çəkilirlər. İnsanlara qarşı bəslədikləri qorxuya görə heç kəslə yaxın ola bilmirlər. Ona görə də hədislərimiz buyurur: “Bədbin insanlar bütün insanlardan qorxurlar”.
Bədbinlik və bədgümanlıq insanı günah tələsinə salır və onu qeybətə və töhmətə bulaşdırır. Allah Quranda bədgümanlıq haqqında buyurur: “Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki(həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır”. (“Hucurat” 12).
Əgər insan başqasına sui-zənn edər və bunu dilinə gətirərsə, bu zaman həmin şəxsə töhmət vurmuş olar. Töhmət böyük günahlardan biri hesab olunur. Ona görə də Məsumlarımız (ə) bu rəzil sifəti həmişə məzəmmət etmiş və ondan çəkindirmişdilər. İmam Sadiq (ə) buyurur: “Hər kim mömin qardaşına töhmət vurar – necə ki, duz suda həll olar, onun imanı qəlbində aradan gedər”.
Hələ ki, fürsət var, bu rəzil sifətin ziyanlarına diqqət edək və ondan xilas olmağa çalışaq. (Tebyan)
/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930