Ayətullah Behcət: Qiyamətdə sizə yalnız bunlar fayda verəcək
Qiyamət və ondan sonra insanların mühakiməyə çəkilməsi Qurani-Kərimdə lazımınca izah edilib.
Bəzən Quranda bu günə “Heç bir alver və anlaşmanın mümkün olmayan günü”, “Hesab-Kitab günü”, “Təlaq (Görüş günü)”, “Tammə(Fəryad), Qaşiyət (Bürüyən), “Vaqiət” (Hadisə), “Bəəs” (Qəbirdən qalxmaq), “Təqabun (xəsarət), “əl-Cəm” (Toplaşmaq), “əl-Həsrət” (həsrət günü) və sair deyilir. Bu günün adlarından biri də “Youmul-Fəsl” yəni Ayrılıq Günüdür. İnsan bu gündə bütün yaxınlarından, sərvətindən, fəxr etdiyi mal-dövlətindən, qürurlandığı qol gücündən və yardımçılarından və dünyada tutduğu vəzifədən ayrı düşür. Artıq bu gündə o heç nəyə sahib deyil. Onun əli tam boşdur və çarəsiz qalıb. Ona yalnız bir şey yardım edə bilər. O da əməlidir. Ayətullah Behcət qiyamətdə insanların ilk mühakiməsini belə təsvir edir: "Axirətdə bizim baş daşımız olmayacaq, pasportumuz olmayacaq, adımız olmayacaq, postumuz olmayacaq, məqamımız olmayacaq, Ayətullah olub olmamağımızın fərqi olmayacaq, varlı ya yoxsul olmağımızın fərqi olmayacaq. Bunların heç biri meyar deyil". Meyar yalnız bunlardır: 1. Birinci növbədə deyəcəklər ki, ata-anaları onlardan razı olan şəxslər cənnətə daxil olsunlar. 2. İkinci növbədə deyəcəklər ki, camaatın razı qaldığı, onlara mənfəət yetirən şəxslər cənnətə daxil olsunlar. 3. Üçüncü növbədə deyəcəklər ki, Əhli-beytə əza saxlayanlar, 4. Dördüncü növbədə deyəcəklər ki, yaxşı əməl sahibləri cənnətə daxil olsunlar. Oxşar xəbərlər
|