İnsanın əməlləri harada qeyd olunur?
Mьəllif: admin1
Tarix: 4-09-2022, 11:11
İnsanın əməlləri harada qeyd olunur?
Qurani-Kərim buyurur: “Bizim onların yanında olan elçilərimiz yazırlar”. (“Zuxruf” 80).

“Və əlbəttə, sizin üstünüzdə gözətçilər vardır. Şərəfli (möhtərəm) yazanlar (mələklər vardır). Onlar sizin nə etdiklərinizi (zahir və batini, ixlası və riyanı, kamal və nöqsan dərəcələrini) bilirlər”. (“İnfitar” 10-12).

Bu ayələrdən də göründüyü kimi, insan əməllərinə məmur olan mələklər onların bütün əməllərindən agahdırlar və onu yazırlar.

Qurani-Kərimin başqa yerində buyurulur: “Və o kitab (hər bir fərdin əməllərinin kitabı əlinə, hər bir ümmətin əməl kitabı gözlərinin önünə və bütün bəşəriyyətin əməllərinin böyük kitabı hamının görə biləcəyi bir yerə) qoyular. Beləliklə, günahkarları onda olandan qorxan görərsən.

Və onlar deyərlər: «Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!».

Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cisim və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir”. (“Kəhf” 49).

Quran ayələrindən belə nəticəyə gəlmək olur ki, insan əməli bir neçə kitabda qeyd olunur ki, Qiyamət günü heç bir bəhanə və üzrə yer qalmasın.

1. Əməl dəftərində. Bu dəftərdə insanın bütün ömrü boyu yerinə yetirdiyi əməllər qeydə alınar. Quran deyir: “(Ona deyilər:) «Öz (qəlb və bədəninin əməl) kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən»”. (“İsra” 14).

2. Ümmətlərin əməl dəftərində. Onların həyatının ictimai tərəflərini qeydə alar. Quran buyurur:“(Həmin gün) bütün ümmətləri (qorxunun şiddətindən) bir yerə toplaşmış və diz çökmüş görərsən.

Hər bir ümmət öz kitabına (hər bir şəxs öz əməl dəftərinə və ya hər bir ümmət öz dini kitabına) tərəf çağırılacaq (və belə xitab olunacaq ki:) «etdiklərinizin müqabilində bu gün cəzalandırılacaqsınız (və ya sizin axirət cəzanız dünyadakı əməllərinizin gerçək təzahürüdür)»”. (“Casiyə” 28).

3. Lövhi-məhfuzda. Bu lövhdə nəinki insanların bütün ömrü boyu yerinə yetirdikləri əməllər, dünyanın əvvəlindən tutmuş axırına qədər olan bütün hadisələr qeyd olunar.

İmam Sadiqdən (ə) belə bir hədis oxuyuruq ki, buyurub: “Peyğəmbər (s) otsuz və susuz bir torpağa gəlir və tərəfdaşlarına buyurur: “Odun gətirin”.

Deyirlər: “Ya Rəsul! Bura susuz bir diyardır ki, heç bir odunu yoxdur”.

Buyurur: “Gedin, hər kim bacardığı qədərini toplasın”. Hər biri özü ilə bir qədər odun və qurumuş çöp gətirirlər. Onları Peyğəmbərin (s) qarşısında yığırlar. (Sonra onu yandırırlar).

Peyğəmbər (s) buyurur: “Günah da bu cür bir-birinin üzərində yığılır (və siz onlara tək-tək əhəmiyyət vermirsiniz). Qorxun kiçik günahlardan ki, hər şeyin tələb edəni vardır. Onların tələb edəni əvvəlcədən göndəriləndirlər. Hər şey böyük kitabda qeyd olunar””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031