QURBAN BAYRAMININ ƏMƏLLƏRİ
Zil-həccə ayının 10-cu günü (avqust ayının 12-i) Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.
1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camatla, həm də fərdi qılına bilər. Qurban bayramı namazının vaxtı günəş qalxdıqdan günortayadəkdir. Qurban bayramı namazı (Fitr bayrmı namazı kimi) iki rükətdir: birinci rükətdə Həmd və surədən sonra beş təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra növbəti təkbir deyilir. Sonra rüku və səcdələr yerinə yetirilir. İkinci rükətdə isə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir, təşəhhüd və salam deyilərək namaz başa çatır. Qurban bayramı namazının qunutunda istənilən duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir: “Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməh və əhlət-təqva vəl-məğfirəh. Əs`əlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə iydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlliyə əla Muhəmmədin və ali-Muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyi və ələyhim. Əllahummə inni əs`əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun.” 3. Namazdan sonra bu təkbirləri təkrar-təkrar demək: اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ وَ لِلَّهِ الْحَمْدُ اللَّهُ أَكْبَرُ عَلَى مَا هَدَانَا اللَّهُ أَكْبَرُ عَلَى مَا رَزَقَنَا مِنْ بَهِيمَةِ الْأَنْعَامِ وَ الْحَمْدُ لِلَّهِ عَلَى مَا أَبْلانَا “Əllahu-əkbər, əllahu-əkbər, la ilahə illəllahu vəllahu-əkbər. Əllahu-əkbər və lillahil həmd, əllahu-əkbəru əla ma hədana. Əllahu-əkbəru əla ma rəzəqəna min bəhimətil ən’am, vəlhəmdu lillahi əla ma əblana.” 4. Qurban kəsmək; İslam şəriətinə görə, dəvə, inək, keçi və qoyun cinsindən qurban kəsmək olar. Bunun sübutu Qurani-Kərimin Həcc surəsinin 28-ci və 34-cü ayələridir. Həmin ayələrdə qurbanlığın “ənam” adlanan ev heyvanlarından olması şərt sayılır. Quranın Ənam surəsinin 143-144-cü ayələrində isə “ənam” qisminə aid heyvanların yuxarıda adıçəkilən dörd cinsdən olduğu vurğulanır. Qurbanlıq heyvan sağlam və nöqsansız olmalıdır. Kor, şikəst, axtalanmış, hər hansı bədən üzvündə eyib olan heyvanı qurban kəsməyə icazə verilmir. Heyvan xəstə və zəif olmamalıdır, qocalıb əldən düşmüş olmamalıdır. Qurbanlıq heyvanın erkək olması da vacib şərt deyil. (Maide.az) Oxşar xəbərlər
|