Möhsün Qiraətinin qadınlarla bağlı evli kişilərə qızıl məsləhətləri
Ustad Möhsün Qiraətinin gənc ailələrə xüsusilədə evli kişilərə verdiyi tövsiyələrini təqdim edir:
1. Xanımına səni sevirəm de! 2. Sevmək kəlməsini ancaq xanımın üçün saxla! 3. Xanımın xrustaldır, muğayat ol ki, sındırmayasan. 4. Elə davran ki, sənə inana bilsin. 5. Ona yaxşı dayaq ol! 6. Onun üçün sərvət yox, məhəbbət topla! 7. Xanımının gözəlliyinə pərəstiş et! 8. Gücü çatmayan işi ona tapşırma! 9. O bir bahar çiçəyidir, onu soldurma! 10. Gözləmə ki, xanımın sənin kimi olsun (xanımının sənin kimi dərrakəli və s xasiyyətli olmasını gözləmə) 11. Mübahisə ilə onu yorma! 12. Ona qarşı həmişə vəfalı ol! 13. İşlərini dava-dalaşla həll etmə! 14. Dərdini bölüşmək, qəlbini ələ almaq onu aram edəcək. 15. Tənqid etməzdən qabaq onu tərif elə! 16. Hər işinə qulp qoşma! 17. Ona hörmət etsən həyata ümidvar olar. 18. Davamlı incitsən, sənə nifrət edər. 19. Bişirdiklərini təriflə! 20. Onun sancması şirindir, narahat olma! 21. Qəlbini qırma! 22. Məsxərə edib, lağa qoyma! 23. Onu təhqir edərək xəsisliyini artırma! 24. İncə barmaqları və nazik səsi deyir ki, mənimlə savaşma. 25. Sənə şəkk etsə, sadiqlik və mehribanlıqla onu əmin et! 26.Əgər desə sən məni sevmirsən, mən bədbəxtəm ki, sənə ərə gəlmişəm, de ki, amma mən xoşbəxtəm ki, səni almışam. 27. Əgər desə bu evdə ürəyim sıxıldı, de ki, ilk fürsətdə səni çiynimə mindirib səmaları gəzdirəcəm. 28. Sənə pis desə, sən ona yaxşısan de! 29. Əgər naz etsə, nazını baha qiymətə satın al! 30. Əgər ağlasa özünü itirmə, könlünü ələ al! 31. Əgər desə uşaqlardan bezmişəm, de ki sənə haqq verirəm, sən səbrlisən və təşəkkür edirəm. 32. Qaşqabağ etsə, de qaşqabaq etmə, onda eybəcər olursan. 33.Əgər küssə, de ki, küsəndə şirin olursan. 34. Əgər ana ya bacından şikayət etsə, yalnız yaxşı dinləyici ol! 35. Əgər desə elçim çox idi, de ki, mən şanslı olmuşam ki, səni əldə etdim. 36.Desə ki, çirkinsən, de amma sən qəşəngsən. 37. Əgər yenə desə çirkinsən, de kişinin gözəlliyi ağlındadır.(islaminsesi) Oxşar xəbərlər
|