İmamın Yunis Nəqqaşa verdiyi xilasedici məsləhət
Mьəllif: admin1
Tarix: 27-11-2017, 22:12
İmamın Yunis Nəqqaşa verdiyi xilasedici məsləhət
İmam Hadi əleyhissəlamın zərgər Yunis Nəqqaşa verdiyi xilasedici məsləhət
İslaminSesi xəbər verir ki zil-hiccə ayının 15-i müsəlmanların 10-cu imamı İmam Hadinin mövlud günüdür.

İmamın kəramətləri barədə Biharul-Ənvar əsərində çoxsaylı hədislər gəlibdir.

Biharul-Ənvar kitabında İmamın qeyb elmini bilməsi haqda maraqlı bir hədis nəql edilib:

Rəvayət olunur ki İmam Hadi əleyhissəlamın Yunis Nəqqaş adlı imanlı bir qonşusu var idi. Yunis Nəqqaş zərgər idi.

Bir gün xəlifə Mütəvəkkil Abbasinin zalım muzdurlarından biri Yunis Nəqqaşa bir üzük gətirir ki onu düzəltsin. Yunis Nəqqaş ehtiyatsızlıq edir və üzük iki yerə bölünür.

Yunis Nəqqaş narahatlıq keçirərək, imamın yanına gəlir və nə olacağından qorxduğunu deyir. İmam isə ona heç nəyin olmayacağını və həmin zalım adamın ona etiraz etməyəcəyini deyir.

Amma imamın məsləhəti ilə üzüyü elə sınıq vəziyyətdə saxlayan zərgər daima qorxu içində idi.

Gün çatır zalım muzdur qızıl üzüyü üçün gəlir və zərgərə deyir: Düzəltməyə ehtiyac yoxdu, üzüyü iki yerə böl və mənə ver!

Sınıq üzüyü təhvil verdikdən sonra zərgər İmamın yanına qaçır və bu şərli və cinayətkar insandan qurtulduğu üçün imama təşəkkür edir.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930