Mənfi fikirlərdən necə xilas olaq?
Mьəllif: admin1
Tarix: 5-01-2023, 11:16
Mənfi fikirlərdən necə xilas olaq?
Mənfi fikirlərdən xilas olmaq üçün bir neçə nöqtəyə diqqət etmək lazımdır:

1. Fikir və təfəkkürümüzü müsbət fikirlərə tərəf hidayət edək və həyatın müsbət tərəflərini yadımıza salaq. Qurani-Kərim bu haqda buyurur:

“Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qur’ana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən)”. (“Zuha” 11).

2. Çox danışmaqdan çəkinin. Çünki insan bəzən elə insanlarla rəfiq olur ki, onu depressiyaya salır və ona mənfi fikirləri təlqin edir.

Danışmaq yerinə zehninizdə olan fikirləri bir kağıza yazın və sonra onları oxuyun. Görəcəksiniz ki, bu mənfi fikirlərin bir çoxu həqiqətdən uzaqdır. Ona görə də zehninizi onunla məşğul etməyin mənası yoxdur.

3. Diqqətinizi toplamağı təmrin edin. Özünüzə təlqin edin ki, zehninizə daxil olan fikir və xəyalları kontrol etməyi bacarırsınız.

Əgər zehninizə daxil olanlara nəzarət etməsəniz, həmin mənfi fikirlər beyninizi istila edəcəkdir. Əksinə, bu fikirləri beyninizdən çıxartmağı təmrin etməyi öyrənin.

Əgər diqqətinizi toplamağı bacarsanız, bu fikirlərdən xilas ola biləcəksiniz.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930