Günahı təkrar etmək ləvvamə nəfsi aradan aparar
Ayətullah Hüseyn Məzahiri əxlaq dərsində buyurmuşdur: “Ləvvamə nəfs insanın daxili peyğəmbəridir ki, onu rəzilliklərdən uzaqlaşdırır və yaxşılıqlara tərəf yönəldir. Aqil insan davamlı olaraq ləvvamə nəfsinin ardınca gedər və bu yolla əmmarə nəfsin fəaliyyət yolunu bağlayar.
Ləvvamə nəfs günah zamanı insanı danlayaraq tövbə etmək və onu təkrar etməmək üçün zəminələr yaradar. Ancaq əgər insan əmmarə nəfsinin ardınca çox gedərsə və günahlarını təkrar edərsə, insanın bu cür günahlarını təkrar etməsi ləvvamə nəfsin işini dayandırar və aradan aparar. Əgər ləvvamə nəfs insanda fəaliyyət göstərməzsə, insanın məğlub olmasına səbəb olar. Bu zaman günah insan üçün sevimli və xoşagələn olar və insan süqut edər. Allah insanın səadətli olması üçün onun daxilində peyğəmbərlər qərar vermişdir. Bu insandır ki, gərək həmin tutumlardan istifadə edə bilsin”. /Deyerler.org/ Oxşar xəbərlər
|