Nə tərki-dünya olmaq, nə də dünyaya bağlanmaq
Mьəllif: admin1
Tarix: 24-07-2017, 22:27
Nə tərki-dünya olmaq, nə də dünyaya bağlanmaq
Necə ki, körpə ana bətnində olan zaman dünyanı dərk edə bilmir, biz də axirət nemətlərini o cür dərk edə bilmirik. Qurani-Kərim və hədislərimiz sadəcə bizə axirət haqqında qısa məlumat verərək, tanıtmağa çalışmışdılar.
Bəs insan niyə dünyaya bu qədər bağlanır?
İslam dininin nəzərinə görə, dünyanın nemətlərindən çəkinmək və tərki-dünyalıq etmək – bəyənilməyən əməllərdən hesab olunur. İnsan gərək insanların içində yaşasın. Ailə qursun, maraqlı yaşasın, halal ləzzətlərdən həzz alsın. Dinimizin bəyənmədiyi şey odur ki, insan tamamilə özünü dünyaya həsr etsin və bütün meyil və arzusu ancaq dünyaya görə olsun. Mənəviyyatdan və Allahdan qafil olsun. Bu insan Allahdan uzaqlaşar və batil yollara üz tutar.
Ona görə də deyə bilərik ki, insanın Allahdan qafil olmasına səbəb olan amillərdən biri də dünyaya məhz bu cür bağlanmaqdır. Hər kim dünyaya bağlanar, böyük ziyanlar görər. O cümlədən:

1. İmanı güclü olmaz. Ona görə də hər kim axirəti üçün yaşamaq istəyirsə, gərək imanını gücləndirsin. Ancaq bu zaman dünyaya olan bağlılığı azalar.

2. Yaradılışın hədəfini unutmaq. Dinimiz deyir ki, insan bu bir neçə gün dünya həyatı üçün xəlq olunmamışdır. O, əbədi bir varlıqdır və insanın hədəfi axirət olmalıdır. Ona görə də hər kim yaradılışın hədəfini tanıyarsa, dünyaya o cür bağlanmaz.

3. Axirəti unutmaq. İnsanların əksər hissəsi dünyaya bağlı insanlardır. Çünki dünyanı tanıyır və onun haqqında lazım olan qədər məlumata malikdirlər. Ancaq axirət bizim üçün məchul olan bir məkandır. Ona görə də insan tanımadığı və məlumatı olmadığı şeyi unutmağa çalışar. Axirəti unutmamaq üçün onun haqqında daha çox məlumata malik olmaq lazımdır.

4. İbadətdən ləzzət almamaq. İmanları zəif olan insanlar Allaha iman bəsləsələr və ibadət etsələr də, dünya onları özünə daha çox çəkər. İbadətdən ləzzət almazlar. Bu insanlar nəfslərindən daha çox ləzzət alarlar. Nəfsləri onları ibadətə tərəf getməyə qoymaz.

5. Dünyapərəstlik insanın bütün xatalarının mənbəyi olar. İmam Əli (ə) buyurur: "Dünya sevgisi bütün səhvlərin və günahların başındadır”.

6. Dünyapərəstlik insanı aldadar. İmam Əli (ə) buyurur: "Dünyanın məsəli bir ilan kimidir ki, yumşaq bədəni vardır. Daxilində öldürücü zəhər vardır. Nadan aldanar və ona tərəf meyil edər. Aqil insan ondan çəkinər”.

7. Dünyapərəstlik tamaha səbəb olar. İmam Əli (ə) buyurur: "Dünya sevgisi və məhəbbəti tamah gətirər”.

8. Dünyapərəstlik Allaha itaətsizliyə gətirər. Dünyanın cazibəsi insanı üsyana çəkər.

9. Dünyapərəstlik axirət səadətini aradan aparar. İmam Əli (ə) buyurur: "Hər kim dünyapərəst olar, ona eşq bəsləyər – axirətə kin bağlayar və onunla düşmən olar”.

10.Dünyapərəstlik məadı unutmağa səbəb olar. İmam Əli (ə) buyurur: "Dünya axirətdən daha çox sizi ələ keçirtmişdir. Dünyanın tez keçən ləzzətləri axirətin cavidan ləzzətindən daha çox sizə nüfuz etmişdir. Dünyapərəstlik Qiyaməti yadınızdan çıxartmışdır”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930