İmam Əli (ə) üçün dünyada ən ləzzətli və ən acılı məqam
Qurani-Kərim ayəsinə görə dünya həyatı ümumilikdə çətinlikdən ibarətdir. Bələd surəsində buyurulur:
“Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çapalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahi bir hikmətdir, həyatın qanunudur!)” Dini təlimata görə, dünya həm də imtahandır. İnsan əlində olan sərvətlə və yaxud kasıbçılıqla da imtahan çəkilir. İnsanın əlinə sərvət düşərsə onun əsirinə çevrilməməli, kasıbçılıq çəkərsə yalnız halal zəhmətlə və alın təri ilə qazanmalı məcburiyyətində olacaq. Bu o deməkdir ki onun sərvəti də əslində nemət deyil, büsbütün məsuliyyətdir. Məsuliyyət isə ağıllı və uzaqgörən insana rahatlıq verməz və bu insan daima şeytan şərrinə düşməmək üçün bir an belə gözünü qırpmamalı olacaq. Dünyanı bəzəkli zəhərli ilana, keçinin burun suyuna, boşanmış və insanları aldadan zahiri gözəl ifritəyə bənzədən İmam Əli onun acılı və ən ləzzətli məqamlarını belə təsvir edir: "Bütün ləzzətlərin dadına baxdım, ən ləzzətlisi – can sağlığıdır. Bütün ağrı-acıları yaşadım, ən ağrılısı – başqalarına möhtac olmaqdır. Dəmir daşıdım, daş daşıdım, amma borc daşımaq qədər ağır heç nə yoxdur. Həyat iki gündür: biri - lehinə, digəri də əleyhinədir. Gün lehinə olduqda lovğalanma, naşükür olma, əleyhinə işlədikdə isə səbir göstər” Oxşar xəbərlər
|