Yoxsulluqla mübarizə aparmağın yolları barədə Həzrət Peyğəmbərin (s) tövsiyələri
Mьəllif: admin1
Tarix: 9-09-2017, 09:06
Yoxsulluqla mübarizə aparmağın yolları barədə Həzrət Peyğəmbərin (s) tövsiyələri
Yoxsulluğun yaranmasının ən mühüm amillərindən biri tənbəllik və zəhmət çəkməyi tərk etməkdir. İslam dini səy göstərməyi və çalışmağı həmişə mədh etmiş və onu həmişə bəyənilən əməl kimi göstərməyə çalışmışdır. Buyurmuşdur ki, müsəlman gərək öz alın təri ilə qazandığı ruzisini yesin. Bu sahədə başqalarına möhtac olmasın. O kəs ki, başqalarının hesabına yaşayar və onları əziyyətə salar – belələrini həmişə məzəmmət etmişdir. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim zəhmət yükünü insanların boynuna atar – məlundur”.
Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: “Öz əmək haqqınızı yeyin”.
İnsanın ruzi qazanması üçün zəhmət çəkməsi və səy göstərməsi – yoxsulluğu aradan aparmaq üçün ən mühüm amillərdən biri sayılır. Peyğəmbərimiz (s) buyurur: “Əgər bir kişi kəndir götürər və odun toplayar, onu belinə qoyub gətirər və satar, bu yolla abrını qoruyar – ondan daha yaxşıdır ki, kiminsə qarşısında istək əlini uzadar”.
Həzrət (s) başqa yerdə buyurur: “Əgər sizlərdən kimsə (ruzi cəhətdən) dara düşsə, gərək iş dalınca getsin, özünü və ailəsini qəm və qüssəyə giriftar etməsin”.
Nəql olunur ki, ənsardan olan bir kişinin ehtiyacı yaranır və Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) onun vəziyyətindən agah olandan sonra buyurur: “Evində nə varsa gətir və heç bir şeyi dəyərsiz hesab etmə”. Həmin ənsar evinə gedir və nəyi varsa ora gətirər. Peyğəmbər (s) buyurur: “Kim bunları satın alar?”. Bir kişi deyir: “Mən onları bir dirhəmə alaram”. Həzrət (s) buyurur: “Kim daha artığına alar?”. Bir kişi deyir: “İki dirhəmə alaram”. Peyğəmbər (s) deyir: “Sənindir”. Sonra ənsara deyir: “Bir dirhəm ilə ailən üçün ərzaq al və bir dirhəm ilə balta al”. Həmin kişi baltanı özü ilə gətirən zaman, ona buyurur: “Get odun topla və heç bir tikanı və qurumuşu az hesab etmə. (Yəni, hamısını topla)”.
Həmin kişi belə edir və 15 gündən sonra gəlir. Və onun həyat vəziyyəti yaxşılaşmışdı. Həzrət (s) ona buyurur: “Bu, sənin üçün ondan daha üstündür ki, Qiyamət günü məhşərə o halda daxil olasan ki, üzündə insanlardan aldığın sədəqələrin ləkələri görünsün”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031