Nikah yaşı
İslamda tövsiyə olunur ki, qız uşağını cinsi yetkinliyin əvvəllərində ərə verin. Bir halda ki, bu yaşda onlar əqli və fikri yetkinliyə çatmırlar. İslamın bu göstərişi hazırki dövrdə keçərlidirmi?
İslam şəriətinin ən qabarıq xüsusiyyətlərindən biri heç bir instinkti cavabsız qoymaması, onların ən yaxşı şəkildə təmin olunmasıdır. İslam oğlan və ya qız övladın cinsi meyllərinin baş qaldırdığı, cinsi baxımdan qarşı cinslə əlaqəyə girməyə hazır olduğu ilk anda bu meyllərin ağlamüvafiq şəkildə təmin olunmasını tövsiyə etmişdir. Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə nikahda yaş meyarı gözəl bir bənzətmə ilə izah olunmuşdur: "Bakirə qızlar ağac üzərindəki bara bənzəyirlər. Yetişdikdə onları dərmək lazımdır. Əks təqdirdə günəş və əsən küləklər (onu) xarab edəcək. Bakirə qızlar cinsi instinkt baxımından qadınların dərk etdiyini hiss edərkən ərə verməkdən başqa dərmanları yoxdur. Əks təqdirdə aludə olacaqlar. Çünki onlar da bəşərdilər" ("Vəsail əş-şiə", c. 23, səh. 61). Yuxarıdakı rəvayətdə nikah üçün xüsusi bir yaş göstərilməmişdir. Əksinə, nikah üçün ən yaxşı zamanın qadınların cinsi meylləri dərk etdikəri zaman olduğu bildirilmişdir. Əlbəttə, islamda ailələrə və cəmiyyətin mədəniyyət sahəsində çalışan məsul işçilərinə çox tövsiyə olunmuşdur ki, qız və oğlanların vaxtsız cinsi yetkinliyinin qarşısını almağa çalışsınlar. Bu məqsədlə valideynlərə tövsiyə olunur ki, intim münasibətdə olarkən hətta onların nəfəsinin səsi belə yatmış övladlarına çatmasın. Qızlar altı yaşından sonra öpülməsinlər. Hətta ata belə altı yaşından sonra qız övladının boğazından və dodaqlarından öpməsin. Altı yaşdan yuxarı uşaqlar bir yorğan altında yatmasınlar. Qızlar at minməsinlər və s. ("Hilyə əl-Müttəqin", Əllamə Məclisi, "Nikah qaydaları" və "Övladların tərbiyə olunması qaydaları" fəsli) Lakin cinsi yetkinlik müşahidə olunarsa, onun ən layiqli və zəruri cavabı, yəni nikah nəzərə alınmalıdır. Bir sual qalır ki, bu gün keçmişdəkindən fərqli olaraq qızlar cinsi yetkinlik yaşlarında bir ailənin daxili idarəsinə, evdarlığa, uşaq saxlamağa hazır və səlahiyyətli olmurlar. Belə olan halda nə etməli? Buna cavab olaraq demək lazımdır ki, evliliyin müxtəlif funksiyaları var. Evlilik daim müstəqil ailə, övlad dünyaya gətirmək, övlad saxlamaq zərurəti deyil. Övladların münasibətlərinə laqeyd qalmaqdansa, onların ailə qurmasına şərait yarada, yeni bəy və gəlini himayəmiz altına ala bilərik ki, zaman keçdikcə müstəqil ailəni idarə etmək, övlad tərbiyə etmək üçün lazımi fikri yetkinliyə çatsınlar. Bu, keçmişdə də ənənə olan gözəl adətdir. (Keçmişdə) bəy və gəlin bir neçə il valideynlərin nəzarəti, himayəsi altında yaşayırdılar. Bundan başqa, cinsi yetkinliyin başlanğıcında nikah tövsiyəsi, əslində onun müqəddimələrini gerçəkləşdirmək haqqında da tövsiyədir. Misal üçün, valideynin, xüsusilə ananın qızına evdarlıq, ailə qayğısı, uşaq tərbiyəsi öyrətmək, borcudur. Oxşar xəbərlər
|