İmam Əlinin (ə) müzakirə və hüccət ənənəsi
Mьəllif: admin1
Tarix: 19-09-2016, 11:40
İmam Əlinin (ə) müzakirə və hüccət ənənəsi
İmam Əlinin (ə) nəzərində müzakirə və siyasi məsləhətləşmələr hər bir işdən daha önəmli olmalıdır. O, həmişə səy göstərirdi ki, qarşı tərəflə müzakirə yolu ilə razılığa gəlsin. “Nəhcul-bəlağə” İmamın (ə) müharibə etməzdən əvvəl düşmənlə apardığı müzakirələrdən söz açılmış və həmçinin onlara göndərdiyi məktubların məzmunlarını şərh etmişdir.
İmamın (ə) nəzərinə görə müzakirə etmək – hüccəti tamamlamaq və üzr yeri qoymamaq üçün zəruri mövzulardandır. Baxmayaraq ki, İmam (ə) əvvəldən bilirdi ki, düşmən təslim olmayacaqdır və öz yoluna davam edəcəkdir, ancaq hüccəti tamamlamaq üçün bu işi həmişə yerinə yetirərdi.
Həzrət (ə) o zaman ki, Rəbəzədə idi və özünü Cəməl səhabələrinə çatdırmaq istəyirdi, ancaq onları tapmır. Və onlar İraqa getmiş idilər. Bu zaman belə buyurur: “Allaha and olsun ki, bu işi alt-üst etdim və hər tərəfinə baxdım və bu qövmlə dava etməkdən savayı çarə tapmadım”.
İmam (ə) bu sözləri Müaviyyə (lən) ilə döyüşməzdən əvvəl də demişdi: “Mən bu işi alt-üst etdim və onunla elə məşğul oldum ki, yuxumu gözlərimdən apardı. Ancaq gördüm ki, onlarla döyüşməkdən savayı yol yoxdur. Dava etməyin əlacı mənim üçün geri çəkilməyin əlacından daha asan idi. Dünyanın ölümü axirətin ölümündən daha yüngüldür”.
O zaman ki, İmamı (ə) çıxılmaz vəziyyətə salırlar və döyüşməkdən savayı çarəsi qalmır, İmam (ə) ordu üzvlərindən birinə Quran verir ki, düşməni onun hökmünə tərəf dəvət etsin. Ancaq həmin şəxsi öldürürlər. Bu hadisə İmamın (ə) apardığı üç döyüşdə də baş verir.
Əgər “Nəhcul-bəlağə”yə nəzər salsaq, görərik ki, İmam (ə) müharibə etməzdən əvvəl sülh yaratmaq üçün nə qədər səy göstərmiş və müzakirələr etmişdir. Misal üçün, İmam (ə) Cəməl döyüşündən əvvəl Abdullah ibni Abbası Zubeyrin yanına göndərir və onu doğru yola hidayət etməyə çalışır. İmam (ə), Abdullaha belə məsləhət verir: “Təlhə ilə görüşmə, çünki əgər onunla görüşsən, onu buynuzlu inək kimi arxasına bükülmüş halda görərsən. O, üsyankar dəvəyə minib, deyər ki, bu dəvə ram olmuşdur. Ancaq Zubeyr ilə görüş ki, xasiyyəti daha mülayimdir. Ona de ki, dayın oğlu deyir ki, Hicazda məni tanıyıb, İraqda məni inkar edirsən? Məgər nə görmüsən ki, üz çevirirsən?”.
İmam (ə) müzakirə aparmaq üçün həmişə ən güclü insanlarını göndərərdi və o kəsin ki, imanı və əqidəsi zəif idi, onu heç bir zaman müzakirə etmək üçün vəzifələndirməzdi. Müzakirə zamanı alleqoriyalardan istifadə edilməsini məsləhət görərdi ki, düşmən təhrik olmasın. Düşmənə hüccətini tamam etdikdən sonra, dava etməkdən savayı yolu qalmazdı.
Beləliklə deyə bilərik ki, Əmirəl-möminin (ə) müzakirə əhli olmuşdur. Müzakirə aparan tərəf kimi həmişə öz vəzifələrini ən gözəl şəkildə yerinə yetirmiş və düşmən üçün bəhanə yeri qoymamışdır. Düşmənin hədəfindən xəbərdar olmuş və müzakirələri bu səthdə aparmışdır. Müzakirələr zamanı müsəlmanların ziyanlarını və faydalarını nəzərə almışdır. (Tebyan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031