Loğman Həkimin həyatın ağrı-acıları barədə hikmətli baxışı
Mьəllif: admin1
Tarix: 20-09-2016, 09:18
Loğman Həkimin həyatın ağrı-acıları barədə hikmətli baxışı
Hikmət sahibi olan Loğman dünyanın problemləri və ağrı-acısı ilə bağlı Allah bəndələrinə hansı tövsiyələri verir?
İslaminSesi əxlaq ustadı Haşiminejadın Loğmanın hikmətli baxışı ilə bağlı çıxışını təqdim edir:

"Hikmət sahibi olan Loğman gənclik zamanında qul idi. Bu Loğmanın çox qəribə və gözəl möizələri var. Loğmanın Ağası da bir zamanlar qul olduğu üçün, Loğmanın vəziyyətini daha yaxşı anlayır və onun xətrini istəyirdi.

Loğmanın Ağası bir yemişi bölüb, onun qarşısına qoydu ki yesin. Loğman iştahla onu yeməyə başladı. Ağası bunu görüb fikirləşdi ki, yemiş yaxşı şirin çıxıb bu da yeyib mənə vermir. Yemişdən bir dilim qalmışdı. O, bir dilimi götürüb ağzına qoydu. Gördü ki yemiş zəhər kimi və acıdır.

Dedi ey Loğman sən bu acı yemişi necə iştaha ilə yeyirsən?

Loğman dedi: Ey ağam bir ömrdür ki sənin əlindən yalnız şirin yeyirəm. İndi bir dəfə acı yeyim, nə olar?! Bir şey olmaz ki!

Allah da insanları bəzən 50 il xəstəliklərdən uzaq, sağlıqda saxlayır. Daha yaxşı tərbiyələnmək üçün iki gündə də onu xəstələndirir.

Ey İnsan niyə bu qədər ahu-zar edirsən?! Niyə bu qədər naşükürlük edirsən?! Niyə bu qədər söyürsən?!

Allah deyir ki ey insan səni 50 il ehtiyacsızlıqda saxladım. İndi istəyirəm iki günlük sənə qulaqburması verəm və əlində olanı alam. Bunu səni tərbiyələndirmək üçün edirəm. Niyə bu qədər ahuzar edirsən?!

Bunlar bizim üçün dərsdir. Bəziləri çox naşükürlük edirlər. İmam Rza buyurur ki ən tez cəzası verilən günah naşükürlük etməkdir.

Əzizim niyə bu qədər naşükürsən?! Allah sənə nə qədər nemətlər veribdir. Biz nə qədər naşükürlük edirik bu nemətlər qarşısında?!

Bəzən məni və səni bir dişağrısı biçarə edir. Niyə bunların hikmətini dərk etmirik?!

Günahlar var ki neməti dəyişdirər və insanın əlindən alar. Onlardan biri naşükürlük etməkdir."
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930