Küncə çəkilməli olanlar və olmayanlar
Allah-taalanın Musaya pıçıltı ilə buyurduqlarından biri bu idi: “Paltarın köhnə, qəlbin yeni olsun ki, yer üzünün əhalisi arasında az tanınmış, səma əhli arasında məşhur olasan.” [1]
Həzrət Rəsulullah (s) buyurub: “Küncə çəkilmək ibadətdir.” [2] Həzrət imam Əli (ə) buyurub: “Tənhalıq ibadət əhlinin asayişdir.” [3] “Camaatdan ayrılan, pak Allahın həmdəmi olar.”[4] “Hər kim camaatdan kənara durdusa, zərərlərindən amanda qalar.”[5] Guşənişinliyə səbəb olanlar İmam Sadiqdən (ə) guşənişinliyin səbəbləri barədə soruşdular. O Həzrət buyurdu: “Zəmanə korlanmış və qardaşlar dəyişmişlər. Buna görə də qəlb rahatlığını tənhalıqda tapdım.” [6] İmam Əskəri (ə) buyurub: “Camaatdan kənara çəkilmək, onları tanımağın həddi ilə əlaqəlidir.”[7] Küncə çəkilməməli olan kimsələr. Həzrət Rəsulullah (s) buyurub: “Camaatla ünsiyyətdə olub onların əziyyətlərinə səbr edən mömin, camaatla ünsiyyətdə olmayıb, onların əziyyətlərinə dözməyən mömindən daha üstündür.” [8] Həzrət Rəsuli-Əkrəm (s) İbadət üçün dağa getmək istəyən kişiyə xitabən buyurdu: “Sizlərdən biri, İslam dünyasının hansı bir nöqtəsindəsə, onun üçün çətin olana dözsə, bu onun qırx il təklikdə və xəlvətdə ibadətlə məşğul olmasından daha yaxşıdır.” [9] www.ahliman.info [1] əl-Kafi, c.8, səh.42, hədis 8. [2] Əlamuddin, səh.341 [3] Ğurərul-Hikəm, hədis 661 [4] Ğurərul-Hikəm, hədis 8644 [5] Ğurərul-Hikəm, hədis 8151 [6] Biharul-Ənvar, c.47, səh.60, hədis 116 [7] Biharul-Ənvar, c.70, səh.111, hədis 14 [8] Kənzul-Ummal, səh.686 [9] -d-Durrul-Mənsur, c.1, səh.161 Oxşar xəbərlər
|