Məxluqa itaət edib Yaradana itaətsizlik göstərənin dini yoxdur
Ey iman gətirənlər! Allaha itaət edin, onun Rəsuluna və öz əmr sahiblərinizə itaət edin.[1]
İmam Əli (ə) buyurub: “Ağıllı adama itaət et ki, xeyir görəsən. Nadanın sözünə qulaq asma ki, salamat qalasan.”[2] “Elmə itaət et və nadanlığa tabe olma ki, nicat tapasan.”[3] “Məxluqa itaət edib Yaradana itaətsizlik göstərənin dini yoxdur.”[4] “Özündən yuxarıdakına itaət et ki, səndən aşağıda olan da sənə itaət etsin.”[5] “Qəlbi Allaha müti olan şəxsin cismi Allaha itaətdən yorulmaz.”[6] İmam Hadi (ə) buyurub: “Kim öz məhəbbət və fikrini sənin ixtiyarına versə, sən də öz itaətini onun ixtiyarına ver.”[7] www.ahliman.info [1] Nisa, ayə 59 [2] Ğurərul-Hikəm, hədis (2263+2264) [3] Ğurərul-Hikəm, hədis 2309 [4] Uyunu- Əxbarir- Reza (ə), c.2, səh.43, hədis 149 [5] Ğurərul-Hikəm, hədis 2475 [6] Biharul-Ənvar, c.78, səh.90, hədis 95 [7] Biharul-Ənvar, c.78, səh.365, hədis 4 Oxşar xəbərlər
|