Allah günahkarlar ilə necə ticarət edir? İstidrac neçə cür olur?
İmam Əli (ə) buyurur: “Ey Adəm övladı! O zaman ki, görürsən Allah nemətləri bir-birinin ardınca sənə göndərir, halbuki sən Onun günahını yerinə yetirirsən, qorx (ki, səni ağır bir cəza gözləyir)”.
Allah günah əhli ilə üç cür ticarət edər: 1. Bəzən onu tez bir zamanda cəzalandırar və bu cəza Allahın bəndəyə məhəbbətinin nişanəsi olar. Onu bu yolla ayıldar və ona görə də bəlaların bir çoxu – günahların kəffarəsidir. 2. Bəzən Allah insana möhlət verər ki, bu möhlətdən istifadə edib, tövbə etsin. 3. Allah bəndəsinin günahları qarşısında ona nemətlər əta edər. Allah onu xəbərdar etdiyinə və o, da eşitmədiyinə görə, cəzaya layiqli olar. Ancaq Allah ona nemət verməyə davam edər. Nemətin verilməsi iki səbəbə görə ola bilər: biri odur ki, qafil və məğrur olsun, daha çox günah işlətsin. İkincisi budur ki, nemətləri verəndən sonra bir dəfə elə cəzalandırır ki, bu cəza ən ağrılı cəza olur. Nemətə qərq olan insan əzaba qərq olar. Allah bu cür nemətin adını Quranda istidrac qoyuşdur. “Bizim ayələrimizi təkzib edənləri tezliklə tədricən bilmədikləri yerdən (dünya həlakəti və axirət əzabı ilə) yaxalayacağıq”. (“Əraf” 182). İstidrac sözü üçün iki məna zikr olunur. Biri odur ki, bir şeyi tədricən götürəsən. Bu söz dərəcə sözündən götürülmüşdür və mənası pillə deməkdir. O zaman ki, bir şeyi mərhələ-mərhələ alarlar, bu əmələ istidrac deyərlər. İstidracın ikinci mənası bükülmək deməkdir. Hər iki məna tədrici sözünə qayıdır. Allah günahkar insanı birdən cəzalandırmır, bu işi tədricən yerinə yetirir. Allah ona nemət verər ki, bəlkə bu nemətlər onun ayılmasına səbəb olar. Lakin günahlarının sayını artırar və daha qafil olar. Bu zaman Allah nemətin axırıncı mərhələsində onu elə cəzalandırar ki, ən ağır cəza olar. Allah ona verdiyi nemətlərin hamısını ondan alar və əzaba giriftar edər. İmam Sadiq (ə) buyurur: “O zaman ki, Allah bəndəsinin xeyirini istəyər, günah yerinə yetirən zaman ona qulaqburması verər ki, tövbəni yada salsın. O zaman ki, bəndənin şərini istəyər (əməlinə görə), o zaman ki, günah edər – ona nemət bağışlayar ki, istiğfarı unutsun və həmin günaha davam etsin”. İmam Sadiqin (ə) tərəfdaşlarından biri İmama (ə) deyir: “Mən Allahdan mal-dövlət istədim və mənə ruzi verdi. Övlad istədim – mənə verdi. Ev istədim – mənə mərhəmət etdi. Mən bundan qorxuram ki, istidrac olar”. İmam (ə) buyurdu: “Əgər bunlar İlahi həmd və şükürlə bir yerdədirsə, istedrac deyildir. (nemətdir)”. /Deyerler.org/ Oxşar xəbərlər
|