Daxilinizdə olan depressiyanın kökünü kəsin
Mьəllif: admin1
Tarix: 21-09-2016, 23:15
Daxilinizdə olan depressiyanın kökünü kəsin

Depressiyadan xilas olmaq üçün ilk əvvəl insan özü ilə mehriban olmalıdır. Qəbul etməlidir ki, depressiya onun enerjisini hədər verir. Əvvəllər yerinə yetirdiyi işlərinə ciddi şəkildə mane olur. Ona görə də çalışın özünüz üçün çətin hədəflər seçməyəsiniz. Yerinə yetirdiyiniz işləri kiçik hissələrə bölün və bacardığınız qədərini yerinə yetirin. Özünüzü irəli gedə bilmədiyinə görə danlamayın. Çalışın həyatınızda böyük dəyişikliklər etməyəsiniz, çünki indi bu işlər üçün kifayət qədər gücünüz yoxdur.(Tebyan saytına istinadən)
Həyatınızda stress yaradan amilləri tanımağa çalışın. Onları aradan qaldırmağa səy göstərin. Misal üçün, əgər işə gecikməyiniz sizi stressə salırsa, evdən tez çıxmağa cəhd edin.

Gün ərzində idman etməyə çalışın. Ən azı 30 dəqiqə idman edin. Bədən təmrini stressi azaldar. Öz bədəninizə uyğun olan idman növünü tapın. Hər gün eyni vaxtda durmağa çalışın. Müəyyən vaxtda yemək yeyin və gecələri tez yatın. Depressiyada olan insanların əksər hissəsi kifayət qədər yatmayan insanlardırlar.

Çalışın depressiya haqqında çoxlu məlumat toplayasınız. Nə qədər bu haqda biliyiniz çox olarsa, onu daha çox kontrol edə bilərsiniz. Fikirlərinizdən agah olun. O zaman ki, depressiyada olursunuz, fikirlərinizə diqqət edin. Baxın görün bu zaman nələri düşünürsünüz?

Başqaları ilə rabitə qurun. Əgər depressiyadasınızsa, insanlarla rabitəni kəsməyin. Çalışın tək qalmayın, çünki başqaları ilə rabitədə olmaq sizin fikrinizi dağıdar və sizi müalicə edər. Dostlarınızla bir yerdə kinoya gedin, üzün, parka gedin.

Əgər başqaları ilə mehriban rabitələri saxlasanız, depressiyanı daha rahat müalicə edə biləcəksiniz.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031