Məscid haqqında bunları bilək
Məscidə gedərkən ətirlənmək və ən yaxşı paltarı geyinmək
Məsciddə haram olan işlər: Məscidi qızılla zinətləndirmək. Əgər məscid xarab olsa da belə onu satmaq. Məscidi murdarlamaq. Əgər murdar olarsa dərhal paklanılmalıdır. Məsciddən torpaq və ya qum aparmaq. Artıq torpağı çıxmaq şərti ilə. Məscidlə bağlı müstəhəb olan işlər: Hamıdan tez məscidə getmək və hər kəsdən sonra məsciddən çıxmaq. Məscidin işığını yandırmaq. Məscidi təmizləmək. Məscidə daxil olanda əvvəl sağ ayaqla daxil olmaq. Məscidə çıxanda əvvəl sol ayaqla çölə çıxmaq. Məsciddə məscidə hörmət (təhiyyət) niyyəti ilə iki rəkət namaz qılmaq. Məscidə gedərkən ətirlənmək və ən yaxşı paltarı geyinmək. Məsciddə bu işlər məkruhdur: Minarələri məscidin banından artıq qaldırmaq. Məsciddə namaz qılmadan keçid məhəlli ünvanında ötüb keçmək. Ağız və burunun suyunu məscidin (həyətinə) atmaq. Məsciddə yatmaq (çarəsizlik halı istisnadır). Məsciddə səsi ucaltmaq (azan üçün səsi ucaltmağın eybi yoxdur). Məsciddə alış-verişlə məşğul olmaq. Dünya işləri barəsində söhbət etmək. Soğan və ya sarmısaq yedikdən sonra ağzının iyi ilə insanları əziyyət edənin məscidə getməsi. Oxşar xəbərlər
|