"Ya Əli" demək şirkdirmi? Ayətullah Sistanidən tutarlı cavab
Mьəllif: admin1
Tarix: 23-12-2023, 12:47
"Ya Əli" demək şirkdirmi? Ayətullah Sistanidən tutarlı cavab
İslam dünyasının böyük alimlərindən olan Ayətullah Sistaniyə xüsusilə vəhhabilərin tez-tez dilə gətirdiyi etiqadı bir məsələ barədə sual ediblər.

""Ya Əli", - demək şirkdirmi? Əgər deyilsə, bu cür sualları necə cavablandıraq" sualına Ayətullah Sistani belə cavab verib:

""Ya Əli mədəd!" deməyimiz, Əmirəlmöminin (ə) - nəyazu billah - Allah olduğuna və ya Allahın istəmədiyi bir işi edəcəyinə inandığımız mənasını vermir.

Əksinə, biz İmam Əlinin (ə) dindar, Allahdan çəkinən təqva əhli, Allah yolunda cihad edən və bütün işlərini Allah rizası üçün edən biri kimi gördüyümüzdən onun Allahdan ehtiyaclarımızın yerinə yetirməsi üçün dua etməsini istəyirik.

Bu şirk olmamaqla birlikdə tövhid və Allaha inancın da özüdür. Uca Allah bizə Peyğəmbəri Əkrəmə və Allah dostlarına təvəssül etməyimizi (vasitəçi qərar vermək) əmr etmişdir.

"Maidə" surəsinin 35-ci ayəsində "Ey iman gətirənlər, Allahdan qorxun, Ona tərəf vasitə axtarın" buyurmuşdur. "Nisa" surəsinin 64-cü ayəsində, "Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik.

Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz, Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər" buyurur.

Yəni Uca Allah günahkar müsəlmanları Peyğəmbərin hüzuruna gəlib ondan özləri haqqında günahlarının bağışlanmasını istəməyə istiqamətləndirmişdir.

Halbuki, onlar şəxsən özləri günahlarının bağışlanmasını istəyə bilməzdimi və belə olan halda Peyğəmbərin bağışlanma diləməsinə ehtiyac olardımı?

Qurani-Kərim Yusifin qardaşlarının dilindən belə nəql etmişdir: "Atamız! Bizim üçün bağışlanma dilə!"

Əgər təvəssül şirk olsaydı, ilahi bir peyğəmbər olan Həzrət Yaqubun (ə) onlara belə deməsi lazım idi: "Gedin, özünüz bu işi edin və məni vasitəçi qərar verərək şirk etməyin".

Halbuki, Quranın nəqlinə görə o belə demişdir: "Mən sizin haqqınızda Rəbbimdən bağışlanma diləyəcəyəm".

Səhihi Buxaridə və digər mənbələrdə Ömər ibn Xəttab yağış yağması üçün Peyğəmbərimizin əmisi Abbas ibn Əbdülmüttəlib təvəssül etdiyi deyilir. O halda Ömər kafir və ya müşrik mi olur?

Əgər düşünürlərsə ki, "Abbas yaşayırdı və Ömər həyatda olan birinə təvəssül etmişdir", biz də belə deyirik: Əgər şirk Allahdan başqa birindən nəsə istəməkdirsə, onda bir şey istənilənin ölü və ya diri olması arasında heç bir fərq yoxdur.

Qeyd edək ki, vəhhabilər dünyasının dəyişmiş şəxsə təvəssül və müraciətin haram olmasını bununla əsaslandırır ki, həyatda olmayan kəslər (istər peyğəmbər, istərsə də övliyalar) bizim səsimizi eşitmədiyi üçün onlara edilən hər-hansı müraciət və xitab qadağandır.

Maraqlıdır, bu cür etiqada sahib olan vəhhabilər özləri namazın sonuncu təşəhhüdündə Peyğəmbərə (s) xitab edərək "Əssələmu aləykə əyyuhhən-nəbiyyu və rahmətullahi və bərakətuhu" deyirlər.

Əgər İslam Peyğəmbəri (s) müraciət və xitabları eşitmirsə, ona salam verməyin məntiqi nədir?
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031