Peyğəmbərə (s) salavat göndərməyənədək hər bir dua hicab altındadır
Mьəllif: admin1
Tarix: 11-08-2017, 21:37
Peyğəmbərə (s) salavat göndərməyənədək hər bir dua hicab altındadır
"Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, ona salavat göndərin və onun əmrinə yaxşı tərzdə təslim olun.” [1]

Həzrət Rəsulullah (s) buyurub:

"Harada olsanız mənə salavat göndərin, çünki sizin salavatınız mənə gəlib çatır.” [2]

"Mənə salam və salavat göndərmək, sirat üstündə bir nurdur.” [3]

"Kim bir yazıda mənə salavat göndərsə, mənim adım həmin yazıda olanadək, mələklər daim onun günahlarının bağışlanmasını dilərlər.” [4]

"Ən xəsis insan, onun yanında mənim adım çəkiləndə mənə salavat göndərməyəndir.” [5]

İmam Əli (ə) buyurub: "Peyğəmbərə (s) salavat göndərməyənədək hər bir dua hicab altındadır.” [6]

İmam Baqir (ə) buyurub: "Qiyamət günü tərəziyə qoyulacaq ən ağır əməl Məhəmməd və Ali Məhəmmədə salavat göndərməkdir.” [7]



www.ahliman.info

[1] Əhzab, ayə 56

[2] Kənzul – Ummal, hədis 2147

[3] Kənzul – Ummal, hədis 2149

[4] Kənzul – Ummal, hədis 2243

[5] Kənzul – Ummal, hədis 2144

[6] Kənzul – Ummal, hədis 2153

[7] Biharul- Ənvar, c.94, səh. 49, hədis 9
 
 

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930