Xəstənin görüşündə bu sözləri deməyin
Mьəllif: admin1
Tarix: 24-09-2016, 22:42
Xəstənin görüşündə bu sözləri deməyin

Xəstənin yanına gedərkən əlinizi qolunuzun üstünə qoyub dua edin və orada çox oturmayın
Xəlifə Ömər ibn Əbdüləziz xəstələnib, yatağa düşmüşdü. Bir nəfər onun görüşünə gəldi və onun xəstəliyindən soruşdu. Ömər ibn Əbdüləziz hansı xəstəliyə tutulduğunu ona xəbər verdi. Görüşə gələn adam dedi: Filankəs və filankəs bu xəstəlikdən öldü.
Xəlifə ona dedi: Bundan sonra hər vaxt bir xəstənin görüşünə getsən, ölümdən danışma! Bizim yanımızdan getdikdən sonra bir də yanımıza qayıtma!

İslamda xəstənin görüşünə getmək haqqında çoxlu tövsiyələr və təkidlər olunmuşdur. Xəstənin görüşünə gedənlərə böyük savablar vəd edilmişdir. Hədislərə əsasən, xəstə mömin qardaşının görüşünə gedən şəxsin evinə yetmiş min mələk gəlib ibadətlə məşğul olarlar və onların ibadətlərinin yarısı ev sahibinə çatar. Vəfat etdikdən sonra isə mələklərdən biri qəbrinin üstə gəlib qiyamət gününə qədər Allah-Taaladan onun bağışlanmasını istər.
Lakin diqqət etmək lazımdır ki, xəstənin görüşünə getmək onu incitməyə bais olmamalıdır, onu narahat edən hər bir iş və sözdən çəkinmək lazımdır.
Rəvayətlərdə xəstənin görüşünə getməyin ədəbləri haqqında deyilir:
Göz xəstəliyindən və digər uzun sürən xəstəliklərdən əziyyət çəkən şəxslərin yanına az-az gedin. Onların öz ailələri ilə qalmaları daha yaxşı olar.

Xəstənin yanına gedərkən əlinizi qolunuzun üstünə qoyub dua edin və orada çox oturmayın, yox əgər qalmanızı istərsə istəyini qəbul edin və bir qədər oturun. Xəstənin yanında nə qədər az oturarsınızsa savabınız da bir o qədər çox olar. Xəstənin yanına getdiyiniz zaman onun üçün alma, üzüm, heyva və ya ətir aparın və onu yeyə bilmədiyin ağır yeməklər yeməyi məcbur etməyin.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031