Xəstələri ziyarət etmək – Peyğəmbərimizin (s) əxlaqındandır
Mьəllif: admin1
Tarix: 4-11-2024, 10:48
Xəstələri ziyarət etmək – Peyğəmbərimizin (s) əxlaqındandır
Xəstələrin ziyarətinə getmək - Peyğəmbərimizin (s) əxlaqındandır. Bu əməl rabitələri möhkəmləndirər və insanlar arasında ülfət və dostluğa gətirib çıxardar.

Həzrət Peyğəmbər (s) həmişə xəstələrə baş çəkərdi və hətta qonşusu olan xəstə yəhudinin də ziyarətinə getmişdi. Xəstə ziyarəti əgər Allah razılığı üçün və ixlasla olarsa, həqiqi ziyarət olar. Xəstənin həmişə gözü yolda olar və özünü kimsəsiz hiss edər. Ona görə də dinimiz xəstələrə baş çəkməyi ən mühüm ibadətlərdən hesab edir.
O zaman ki, xəstə ziyarətinə gedirsiniz, məqsədiniz nə olur? Onun və ya ailəsinin gileyinə görə gedirsiniz, yoxsa qonşunuz olduğu üçün gedirsiniz? Sabahısı günü üz-üzə gəlməkdən qorxursunuz? Ya sizin müdiriniz olduğu üçün gedirsiniz?

Əlbəttə, xəstəni qonşu və ya qohum olduğu üçün ziyarət etməyin öz yeri vardır. Ancaq heç olub ki, bir şirniyyat alıb xəstəxanada olan kimsəsiz xəstə insanların ziyarətinə getmiş olasınız?

Müharibə zamanı bəziləri yaralı əsgərləri ziyarət etmək üçün xəstəxanaya gələrdilər. Halbuki, heç o əsgərləri tanımırdılar belə. Onların tək hədəfi Allaha və Onun razılığına görə olardı.

Bu əməl o qədər əhəmiyyətlidir ki, Allah o əmələ görə müsəlmanın Qiyamət günü hesabını asanlaşdıracaqdır.

"Hər kim mənim yolumda bir mömini ziyarət edər, Məni ziyarət etmiş kimidir”.

Hədislərin birində oxuyuruq ki, Qiyamət günü Allah insana xitab edəcəkdir: "Xəstələnmişdim, niyə Məni ziyarətə gəlmədin?

Deyər: "Allahım! Sən aləmlərin Pərvərdigarısan! Necə Səni ziyarətə gəlim ki?” Cavab gələr: "Filan bəndəm xəstələnmişdi. Onu ziyarətə getmədin. Məgər bilmirsən ki, əgər ziyarətinə getsəydin, Məni onun yanında tapardın”.

Xəstə ziyarəti insana Qiyaməti xatırladır. Onun sağlam olmaq kimi bir neməti yadına salır. Sağlam olmağına görə şükr etməsi üçün zəminə yaradar. Peyğəmbərimiz (s) buyurur: "Xəstə ziyarətinə və cənazə mərasiminə gedin ki, sizə axirəti xatırladar”.

Beləliklə, deyə bilərik ki, əgər xəstə ziyarətinə Allaha xatir getsək və ona hədiyyə aparsaq, daha çox savab əldə etmiş olarıq. Həm də bu yolla bu dini sünnəti cəmiyyətdə yaymış və təbliğ etmiş olarıq.

Əgər bir müsəlmanın ziyarətinə gedirik və ona hədiyyə aparırıqsa, gərək əvəzini gözləməyək. Biz xəstə olan zaman o, gəlməyəndə, şikayət etməyək. Ya da əgər kimsə sizi xəstə olan zaman ziyarət etməyibsə, siz də onun əvəzini çıxıb, onun yanına getməyəsiniz. Bu heç də peyğəmbərcəsinə bir əxlaq olmazdı.

Həzrət Peyğəmbər (s) buyurur: "Elə insanın ziyarətinə get ki, sənin ziyarətinə gəlməmişdir. O kəs üçün hədiyyə apar ki, sənin üçün hədiyyə gətirməmişdir”.

İxlas və qəlb genişliyi bu əməldə özünü açıq-aşkar göstərər.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930