Vəsvəsədən necə xilas olaq?
Bütün günahlar əmmarə nəfsə qayıdır. Hər kim əmmarə nəfs ilə mübarizə aparmaz – onu elə həlakətə salar ki, sonunda Allaha şirk etmiş olar. Quran buyurur ki, hər kim Allaha şərik qoşar – o, ən böyük günahı yerinə yetirmiş olar.
Vəsvəsə şeytanın güclü silahıdır ki, onun vasitəsilə bəndələri haqq yolundan azdırar və ibadətlərini zay edər. (Tebyan) Bəs vəsvəsədən necə xilas olaq? Hədislərimizin bizə ən çox tövsiyə etdiyi yollardan biri – Allahı zikr etməkdir. Bu zikrlər arasında «Lə iləhə illəllah» zikri çox tövsiyə edilir. Bəzi hədislər deyir ki, insan əgər vəsvəsədən qorxarsa, bu, onun imanının xalis olmasından xəbər verir və belə olan halda desin: «آمنّا باللهِ و رسولهِ و لا حولَ و لا قوة الا بالله» “Əmənnə billəhi və rasulihi və lə həvlə və lə quvvətə illə billəh”. Hədislərimiz buyurur ki, əgər vəsvəsə özü sizin qəlbinizə gəlibdirsə, bağışlanar. Ancaq əgər siz həmin vəsvəsəyə meyil edərsinizsə, bağışlanası deyildir. Adətən müsəlman ibadət əməllərində çoxlu vəsvəsəyə düçar olur – istər dəstəmazda, istər qüsldə, istərsə də namazda. Ona görə də Məsumlarımız (ə) bu yolda bizə bəzi tövsiyələr verirlər ki, ona əməl etsək, bizim üçün faydalı olardı. Həzrət Peyğəmbər (s) buyurur: “Dəstəmaz üçün (suyun) miqdarı bir litrdən az, qüsl üçün üç litr su kifayətdir”. Məsumlarımız (ə) buyurur ki, insan çalışmalıdır bu miqdardan çoxunu istifadə etməsin. Su bədənə çatıbdırsa, bu kifayətdir. İmam Baqir (ə) buyurur: “Cənabət qüslündə üç ovuc suyu başına tök, sağına və soluna. Suyu yağ kimi bədəninə çəksən, kifayətdir”. Əgər insan bütün ibadət mövzularında şəkk edirsə, gərək desin:: «اَعوذُ بكَ اَنْ اُشرِكَ و أنا اعلمُ و استغفرك لِما لا اَعْلم» Yəni, Allahım, agah halda Sənə şirk etməkdən Sənə pənah aparıram və agah olmayan halda Sənə şirk etməyimə görə bağışlanmağımı istəyirəm. Zəha adlı bir şeytan vardır ki, insan gecə namazına durmaq istəyən zaman, ona deyər: “İndi sənin ibadət vaxtın deyildir”. Yenə yuxudan ayılar və həmin şeytan yenə deyər: “İbadət vaxtın hələ gəlib çatmayıbdır”. Bu sözləri gün çıxana qədər təkrar edər və sonunda da o qədər sevinər ki, fəryad çəkər. Ona görə də biz gərək bu sözlərə aldanmayaq və yuxudan rahat ayılmaq üçün özümüzə zəminələr hazır edək. Bəzən insan pişnamaza görə vəsvəsəyə düşür. Hədislərimiz buyurur: “O zamana qədər ki, gözünlə onun günah işlətdiyini görməmisən və ya iki adil şahid onun günaha düşməsinə görə şəhadət verməyibdirsə, imamın ədalətli olmağına binanı qoy. Bu vəsvəsə bais olar ki, insan ən üstün fəzilətdən məhrum olsun”. Bir müsəlmanın əsil vəzifəsi budur ki, əmmarə nəfsi ilə mübarizə aparsın və bu böyük cihadda məğlub olmasın. İmam Əli (ə) buyurur: “Öz nəfsinlə mübarizə apar, səy və çalışmanı axirətin üçün işə sal”. İmam Sadiq (ə) buyurur: “Xoş olsun o bəndənin halına ki, Allaha görə nəfsi və həvəsləri ilə cihad edir. Hər kim nəfsinin ordusunu məğlub edər, Allahın razılığını əldə edər”. Hər bir halda insanı günaha tərəf təhrik edən amil – əmmarə nəfs və həvəslərdir. İnsan gərək ömrünün sonuna qədər bu mübarizəyə davam etsin və qələbə çalmaq üçün səy göstərsin. /Deyerler.org/ Oxşar xəbərlər
|