LƏNƏT OLUNMUŞLAR KİMLƏRDİR?
“Lənət” sözü lüğətdə “qovulmaq və uzaqlaşdırmaq” mənasını daşıyır. “Allah Şeytana lənət etsin” və yaxud “Allah fılankəsə lənət etsin!” – ibarələrinin mənası budur ki, Allah-Taala onları Öz rəhmət və mərhəmət civarından uzaqlaşdıraraq əzaba düçar etsin, Öz qəzəbini onlara şamil etsin! Lüğət alimi Rağib İsfahani “lənət” sözünün leksik mənası haqda belə yazır: “Lənət qəzəb və acıqlı halda qovmaq və uzaqlaşdırmaq mənasını daşıyır və Allahın lənəti qiyamət günü cəhənnəm əzabı ilə üzə çıxacaqdır.” (“Əl-müfrədatu fi ğəribil-Quran”, “lən” sözü.)
“Lən” (lənət) sözü Qurani-Kərimdə 41 dəfə işənmişdir və bəzi zümrələr sahib olduqları çirkin xüsusiyyətlərinə görə Allahın, mələklərin, Peyğəmbərin (s) və möminlərin lənətinə layiq görülmüşlər ki, onlar aşağıdakılardan ibarətdir: 1. Münafiqlər, müşriklər və kafirlər: “Fəth” surəsinin 6-cı ayəsində münafiqlər və müşriklər haqda belə buyurulur: وَيُعَذِّبَ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْمُشْرِكِينَ وَالْمُشْرِكَاتِ الظَّانِّينَ بِاللَّهِ ظَنَّ السَّوْءِ عَلَيْهِمْ دَائِرَةُ السَّوْءِ وَغَضِبَ اللَّهُ عَلَيْهِمْ وَلَعَنَهُمْ وَأَعَدَّ لَهُمْ جَهَنَّمَ وَسَاءتْ مَصِيرًا “Allah Onun barəsində bədgüman (bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və (Allah) onlara lənət etmişdir. (Allah) cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!” “Tövbə” surəsinin 68-ci ayəsində münafiqlər və kafirlər haqda belə buyurulur: وَعَدَ الله الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْكُفَّارَ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا هِيَ حَسْبُهُمْ وَلَعَنَهُمُ اللّهُ وَلَهُمْ عَذَابٌ مُّقِيمٌ “Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir. Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.” “Fəth” surəsinin 6-cı, “Mühəmməd” surəsinin 23-cü və “Əhzab” surəsinin 61-ci ayələrində münafiqlər, “Bəqərə” surəsinin 88-89-cu və 161-ci, “Nisa” surəsinin 46-cı, “Tövbə” surəsinin 68-ci və “Əhzab” surəsinin 64-cü ayələrində də kafirlər lənətlənmişlər. 2. Yəhudilər: “Maidə” surəsinin 64-cü ayəsində buyurulur: وَقَالَتِ الْيَهُودُ يَدُ اللّهِ مَغْلُولَةٌ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُواْ بِمَا قَالُواْ “Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Bu dedikləri sözə görə onların öz əlləri bağlansın və lənətə gəlsinlər...” 3. Mürtədlər – müsəlman olub sonradan müsəlmançılıqdan çıxanlar: “Ali-İmran” surəsinin 86-87-ci ayələrində buyurulur: كَيْفَ يَهْدِي اللّهُ قَوْمًا كَفَرُواْ بَعْدَ إِيمَانِهِمْ وَشَهِدُواْ أَنَّ الرَّسُولَ حَقٌّ وَجَاءهُمُ الْبَيِّنَاتُ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ أُوْلَـئِكَ جَزَآؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللّهِ وَالْمَلآئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ “İman gətirdikdən, peyğəmbərin haqq olduğuna (Allah tərəfindən göndərildiyinə) şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə hidayət etsin?! Allah zalım dəstəni hidayət etməz! Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!” 4. İlahi əhdi pozanlar, qohumluq əlaqələrini qıranlar və yer üzündə fəsad törədənlər: “Rəd” surəsinin 25-ci ayəsində buyurulur: وَالَّذِينَ يَنقُضُونَ عَهْدَ اللّهِ مِن بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَآ أَمَرَ اللّهُ بِهِ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِي الأَرْضِ أُوْلَئِكَ لَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ “Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri qıranlar və yer üzündə fitnə-fəsad salanlara lənət olsun. Onları dünyanın pis sonu gözləyir.” “Maidə” surəsinin 12-13-cü ayələrində İsrail övladlarından ilahi peymanı pozanlar, “Mühəmməd” surəsinin 22-23-cü ayələrində də yer üzündə fəsad törədənlər və qohumluq əlaqələrini qıranlar lənətlənmişlər. 5. Şeytan: “Nisa” surəsinin 117-118-ci ayələrində buyurulur: إِن يَدْعُونَ مِن دُونِهِ إِلاَّ إِنَاثًا وَإِن يَدْعُونَ إِلاَّ شَيْطَانًا مَّرِيدًا لَّعَنَهُ اللّهُ “(Məkkə müşrikləri) Allahı qoyub yalnız qızlara (qəbilələrin ögey qızları hesab edilən bütlərə) tapınır, yalnız azğın və itaətsiz Şeytanı səsləyirlər. Allah ona (Şeytana) lənət etdi (və rəhmətindən kənar edib dərgahından qovdu)...” “Sad” surəsinin 78-ci və “Hicr” surəsinin 35-ci ayələrində də şeytan lənlətlənmişdir. 6. Allaha və Peyğəmbərə (s) əziyyət verənlər: “Əhzab” surəsinin 57-ci ayəsində buyurulur: إِنَّ الَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُّهِينًا “Allahı və Onun Peyğəmbərini əziyyət verənlərə Allah dünyada və axirətdə lənət etmiş və onlar üçün xaredici bir əzab hazırlamışdır!” 9. Zülmkarlar: “Qafir” surəsinin 52-ci ayəsində buyurulur: يَوْمَ لَا يَنفَعُ الظَّالِمِينَ مَعْذِرَتُهُمْ وَلَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ “Elə bir gün ki, zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir. (O gün) onları lənət və axirətin pis əzabı gözləyir.” “Hud” surəsinin 18-ci, “Ali-İmran” surəsinin 86-87-ci və “Əraf” surəsinin 44-cü ayələrində də zalımlar lənətlənmişlər. 10. İlahi-dini həqiqətləri gizlədənlər: “Bəqərə” surəsinin 159-cu ayəsində buyurulur: إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى مِن بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ أُولَـئِكَ يَلعَنُهُمُ اللّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ “Kitabda (Tövrat və İncildə) insanlara aşkar etdiyimiz dəlillərdən sonra (Quranda) göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyar.” 11. Möminləri qətlə yetirənlər: “Nisa” surəsinin 93-cü ayəsində buyurulur: وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا “Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlayar!” 12. İffətli və möminə qadaınlara iftira yaxanlar: “Nur” surəsinin 23-cü ayəsində buyurulur: إِنَّ الَّذِينَ يَرْمُونَ الْمُحْصَنَاتِ الْغَافِلَاتِ الْمُؤْمِنَاتِ لُعِنُوا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ “Zinadan xəbəri olmayan namuslu, ismətli möminə qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir.” 13. Yalançılar: وَالَّذِينَ يَرْمُونَ أَزْوَاجَهُمْ وَلَمْ يَكُن لَّهُمْ شُهَدَاء إِلَّا أَنفُسُهُمْ فَشَهَادَةُ أَحَدِهِمْ أَرْبَعُ شَهَادَاتٍ بِاللَّهِ إِنَّهُ لَمِنَ الصَّادِقِينَ وَالْخَامِسَةُ أَنَّ لَعْنَتَ اللَّهِ عَلَيْهِ إِن كَانَ مِنَ الْكَاذِبِينَ وَيَدْرَأُ “Zövcələrinə zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Allahı şahid gətirirəm – deyə) şəhadət verməlidir. (O, dörd dəfə belə deməlidir: “Allahı dediklərimdə doğruçu olduğuma şahid gətirirəm.”) Beşinci dəfə (belə deməlidir:) “Əgər yalan danışanlardandırsa, Allah ona lənət etsin!.” “Ali-İmran” surəsinin 61-ci ayəsində, yəni “Mübahilə” (qarğış) ayəsində də belə buyurulur: فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ “(Ya Peyğəmbər!) Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib (yalvarıb qarğış edərək) yalançılara Allahdan lənət istəyək.” Bu zümrələrdən əlavə, Qurani-Kərimdə “cəhənnəm əhli” (“Əhzab”/67-68; “Əraf”/38); “lənətlənmiş şəcərə” (Əbu Süfyanın sülaləsi – “İsra/60); “Səbt (şənbə günü) səhabələri” (“Nisa”/47); Firon, onun qövmü, ordusu və qövmünün böyükləri, o cümlədən Haman (“Qəsəs”,/38-42; “Hud”/97-99); Ad qövmü (“Hud”/59-60); Allahın qəzəbinə tuş gələrək meymun və donuz surətinə salınanlar, tağuta pərəstiş edənlər (“Maidə”/60); tağuta iman gətirib müsəlmanların deyil, kafirlərin doğru yolda olduqlarını deyənlər (“Nisa”/51-52) də Allahın lənətinə gəlmişlərdir. Rza Şükürlü Oxşar xəbərlər
|