Tanınmış arif Əbul-Xeyrin hünər nədir sualına hikmətli cavabı
Tanınmış arif Əbul-Xeyrin hünər haqda tarixi sözü
İslaminSesi - Əbu Səid Fəzlullah ibn Əbül-xeyr Əhməd bin Məhəmməd əl-Meyhəni (967-1049) İbni-Sinanın ustadlarından biri, oxuduğu aşiqanə rubailərlə tanınan xorasanlı sufi alimlərindən və şairlərindəndir. O böyük Xorasanın Sərəxs bölgəsində dünyaya gəlib. Ondan istədilər ki, arifanə fikirlərini bir qısa cümlədə desin. O cavab verdi: “Başında olanı paylaşmalı, əlində olanı verməli, sənə gələn bəlaya görə ahu-zar etməməlisən” Əbu-Səid Əbul-Xeyr demək olar ki, öncə yaşayan Bayəzid Bəstami (804-874) və Mənsur Həllacdan (848-922) sonra gələn ən tanınmış sufi alimidir. Amma müsəlman cəmiyyəti adıçəkilən iki şəxsi təkfir etsələr də Əbul-Xeyri əzizləyərdilər. Əbu-Səid Əbul-Xeyirə dedilər ki, filankəs uçmağa qadirdir. O, cavabda bu cür buyurdu: "Önəmli bir məsələ deyil, çünki milçək də uçmağa qadirdir." Yenidən arifə bu cür dedilər: "Bəs suyun üzündə gəzən şəxsə nə deyirsiniz? Bu hünər deyilmi?" Arif yenə həmin cavabı verdi: "Önəmli bir məsələ deyil, çünki balaca bir qurbağa da suyun üzündə üzməyə qadirdir." Yenə dedilər ki bəzi şəxslər bir anda bir şəhərdən başqa bir şəhərə gedə bilirlər. O cavab verdi ki, bu da mühüm deyil. Çünki şeytan bunu daha yaxşı bacarır. Bəs onda sizin fikrinizcə hünər nədir? deyə soruşdular. Arif dedi: "Hünər odur ki, insanların arasında yaşayasan, amma kimisə acılamayasan, yalan danışmayasan, kimisə aldatmayasan, kiminsə qəlbini sındırmayasan, kiminsə sənə olan inamından sui-istifadə etməyəsən, kiminsə narahatçılığına səbəb olmayasan!" Oxşar xəbərlər
|