Qohumluq əlaqələrini kəsən behiştdən məhrumdur
Mьəllif: admin1
Tarix: 28-02-2021, 10:52
Qohumluq əlaqələrini kəsən behiştdən məhrumdur
Hədislərdə də qohumlarla əlaqəni kəsmək tənqid olunur və pislənir.
Sileyi-rəhimi tərk etmək Allaha şərik qoşmaqla bir sıradadır:

“Bir nəfər həzrəti-Mühəmməd (s)-dən soruşdu:

-Allah dərgahında ən pis əməl hansıdır?

Buyurdu:

-Allaha şərik qoşmaq.

Həmin şəxs soruşdu:

-Bundan sonra hansıdır?

Rəsuli-Əkrəm(s) buyurdu:

-Sileyi-rəhimi tərk etmək

Sileyi-rəhimi tərk etmək və Tanrının mərhəmətindən uzaqlaşmaq:

Başqa bir rəvayətdə nəql olunur ki, sileyi-rəhimi tərk edən Allahın lənətinə layiq görülüb onun mərhəmətindən uzaq olar.

Həzrəti İmam Səccad (ə) oğlu imam Baqirə (ə) vəsiyyətlərinin birində belə buyurdu:

«….(Övladım!) Öz qohumları ilə qohumluq əlaqəsini kəsən və onlarla pis rəftar edən şəxslə dostluq etmə, çünki onlar «Quran»da üç yerdə lənətlənmişlər.

(Sonra «Mühəmməd» surəsinin 24,25-ci ayələrini, «Rəd» surəsinin 25-ci ayəsini və «Bəqərə» surəsinin 27-ci ayəsini tilavət etdi).»

Qohumluq əlaqələrini kəsən behiştdən məhrumdur:

Peyğəmbər(s) buyurdu: «Üç dəstə behiştə daxil olmayacaqdır: şərab içənlər, sehrbazlar və qohumluq əlaqələrini kəsənlər.»

Bir sözlə, kim əxlaqlı olmasını iddia edirsə, gərək islamın diqqət yetirdiyi bu mühüm məsələyə ciddi yanaşsın, çünki bunu tərk etmək məhvə səbəb olar.

Həzifə ibn Mənsur İmam Sadiq(ə)-dən belə nəql edir: «Haliqədən çəkinin, çünki haliqə insanı öldürür.» Soruşdum: «Haliqə nədir?» Buyurdu: «Qohumluq əlaqələrini kəsmək.»

Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kəni
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930