Peyğəmbərin (s) hikmətli kəlamları
Tədbir əqlin ən gözəl nümunəsidir Mömin bir yerdən iki dəfə sancılmaz. Camaata təşəkkür etməyən Allaha da şükr etməyib. Qəzanı (qəza və qədəri) duadan başqa heç nə qaytarmaz, ömrü başqalarına yaxşılıq etməkdən başqa bir şey artırmaz. İbrət götürməyəndən başqası səbirli hesab olunmaz. Nadanlıqdan böyük fəqirlik yoxdur. Əqldən faydalı dövlət yoxdur. Xudpəsəndlikdən (özünəpərəstiş, eqoizm) də dəhşətli tənhalıq yoxdur. Məşvərət etməkdən gözəl həmkarlıq yoxdur. Tədbir əqlin ən gözəl nümunəsidir. Xoşxasiyyətlik ən yaxşı əsl-nəcabətdir. Günahdan çəkinmək kimi pərhizkarlıq yoxdur. Təfəkkür kimi ibadət yoxdur. Səbr və həya kimi iman yoxdur. Həddi-büluğa çatan heç kəs yetim hesab olunmur. Əmanətdar olmayan kəsin imanı yoxdur, əhdə vəfa etməyənin də dini yoxdur. (Yəni, din və imanları zəifdir.) Üç gündən artıq küsülü qalmaq olmaz. İstiğfar (bağışlanma diləmək) vasitəsilə böyük günah qalmaz, təkrar vasitəsilə kiçik günah (yəni kiçik günahları təkrarlamağın özü) böyük günahdır. Dini üçün qəm çəkməkdən başqa qüssə yoxdur. Oxşar xəbərlər
|