İmam Hüseynin (ə) “günahları tərk edə bilmirəm” deyən kişiyə nəsihəti
Məhərrəm ayının daxil olması münasibətilə İmam Hüseynin buyurduğu hikmətli bir hədisi təqdim edirik.
Əllamə Məclisi qiymətli Biharul-Ənvar əsərində (cild-75, səh-126) İmam Hüseynin "günahları tərk edə bilməyən" kişiyə nəsihətini belə nəql edir: “Bir gün gənc bir kişi İmamın məhzərinə gəlib dedi ki mən günahkar bir insanam. Özümü günahlardan çəkindirə bilmirəm. Ey İmam mənə nəsihət ver! İmam buyurdu: Sən bu 5 işi gör! Ondan sonra istədiyin günahı edə bilərsən: 1-Allahın verdiyi ruzidən yemə ondan sonra istədiyin günahı et! 2-Allahın hakimiyyət dairəsindən kənara çıx və istədiyin günahı et! 3-Elə bir yeri seç ki Allah səni görməsin və onda istədiyini et! 4-Ölüm mələyi Əzrail canını almağa gələndə özünü müdafiə edə biləcəksənsə istədiyini et! 5-Cəhənnəmdə məmur olmuş mələklər səni od və alova sarı aparanda (onlara müqavimət göstərib) oraya girmə. (Əgər bunların hər birini edə bilərsənsə istədiyin günahı et) Oxşar xəbərlər
|