MƏHƏRRƏM AYININ 5-Cİ GÜNÜ
Həmin gün bazar gününə təsadüf edirdi.
Übeydullah bir kişini Şəbəs ibn Ribinin yanına göndərib onu saraya çağırdı. Şəbəs ibn Ribi özünü xəstəliyə vurmuşdu və istəyirdi Übeydullah onu Kərbəlaya göndərməsin. Übeydullah ona bir məktub yazaraq bildirdi ki, Allahın Quranda buyurduğu şəxslərdən olmasın halbuki Allah onların haqqında belə buyurudub: "Onlar iman gətirənlərlə görüşdükləri zaman «iman gətirdik» deyərlər, öz şeytanları (azğın dostları) ilə xəlvətə çəkildikləri zaman isə «şübhəsiz, biz sizinləyik, biz (onları) yalnız ələ salırıq» deyərlər." Sonra ona xatırladaraq bildirdi ki, əgər bizim əmrimizə itaət edir və bizimləsənsə gərək yanımızda hazır olasan. Şəbəs gecə ikən Übeydullahın yanına gəldi. Übeydullah ibn Ziyad da, onu öz yanında oturdub dedi: Kərbəlaya gərək gedəsən. Şəbəs də, qəbul edəndən sonra Übeydullah onu min nəfərdən ibarət süvari ilə Kərbəlaya yola saldı. Sonra Übeydullah, Kufəlilərin Kərbalaya getmək üçün istifadə etdiyi Cisr körpüsündə Zəhr ibn Qeys adlı bir nəfəri təyin etdi ki, imam Hüseynə (ə) köməyə getmək istəyənlərin qarşısını alsın. Amir ibn Səlamə adında bir kişi imam Hüseynə (ə) kömək üçün Kərbəlaya gedirdi körpüdən keçmək istəyəndə Zəhr ibn Qeys ona dedi: mən sənin hara getdiyindən xəbərdaram. Hüseynə (ə) kömək etmək istəyirsənsə, qayıt! Lakin Amir ibn Əbi Səlamə, Zəhr ibn Qeys və onun ordusuna həmlə edərək onların arasından keçdi və kimsə də, onun dalıyca getməyə cürət etmədi. Amir özünü Kərbəlaya çatdırıb imam Hüseynə (ə) qoşulub şəhadətin uca məqamına çatdı. O həmçinin imam Əlinin (ə) də, sadiq səhabələrindən idi və dəfələrlə Həzrətin (ə) yanında müharibələrdə iştirak etmişdi.(Maide.Az) Oxşar xəbərlər
|