İmam Zaman (ə) “Kaf Ha Ya Əyn Sad” ayəsini necə təfsir edib?
İmam Zaman əleyhissəlam Məryəm surəsinin ilk ayəsində gələn Müqəttəə hərflərindən ibarət olan ayəni necə təfsir edib?
Müqəttəə hərfləri qeybi həqiqətlərdən xəbər verir ki, onun elmi Allahın və onun izn verdiyi insanların ixtiyarındadır. Şeyx Səduq təxəllüsü ilə tanınan Məhəmməd ibni Əli bin Babəveyhi Qumminin yazdığı Kəmalud-din və Təmamun-Nemət (cild-2, səh-420) əsərində “Kaf Ha Ya Əyn Sad” ayəsinin təfsiri haqda belə bir hədis nəql olunur: “Səd ibni Abdullah Qummi deyir: Zəmanınin imamına (canımız ona fəda olsun) dedim: Ey Allahın Peyğəmbərinin oğlu! “Kaf Ha Ya Əyn Sad” ayəsinin təfsiri nədir? İmam buyurdu: Bu hərflər qeybin xəbərlərindəndir. Allah onu bəndəsi Zəkəriyyəyə deyib. Daha sonra onu Məhəmməd Peyğəmbərə (salamullahi əleyhi və alihi) qissə edib. Bu ona görə idi ki Zəkəriyyə Allahdan beş adın ona təlim edilməsini istəyəndə Cəbrəil nazil oub ona təlim etdi. Zəkəriyya Məhəmməd, Əli, Fatimə və Həsəni öyrəndi. Amma o Hüseynə çatanda onu qəhər boğar və qəmgin olardı. Zəkəriyya soruşur ilahi niyə o dörd nəfərin adını çəkəndə aramlıq, amma sonuncunun adını çəkəndə qəmginlik tapıram və gözlərim yaşarır? Allah dastanı (Aşura faciəsini) Zəkəriyyəyə təlim etdi və buyurdu: “Kaf Ha Ya Əyn Sad”! Kaf yəni Kərbəlanın adı, Ha yəni Əhli-beytin həlak olması, Ya yəni Hüseynə zülm edən zalım Yezid, Əyn yəni ətşan (susuz qalan Hüseyn), Sad yəni səbr. Zəkəriyyə bunu eşidəndə nalə çəkib ağladı və mehrabından 3 gün çıxmadı.....” Oxşar xəbərlər
|