İmam Zaman ağanın (ə.f) mübarək dilindən İmam Hüseynin (ə) 10 xüsusiyyəti
Hər bir dahi şəxsiyyəti yaxşı tanımaq üçün onun yaxınlarına sorğu-sual etmək lazımdır. Məsum İmamların (ə) sorağına gedərək, İmam Hüseyni (ə) tanıyaq.
İmam Hüseyni (ə) bizlərə tanıdan Məsum İmamların (ə) içərisində İmam Məhdi (ə.f) də vardır. Mərhum Abbas Qumi “Nəfsi məhmum” kitabında İmamın (ə.f) dilindən İmam Hüseyni (ə) bizlərə tanıdır. Belə ki, İmam Məhdi (ə.f) cəddi haqqında buyurur: “Sən, ey Hüseyn! Allahın Rəsulu (ə) üçün övlad, Quran üçün sənəd, ümmət üçün qol idin. Allaha itaətdə çalışqan, əhd və peymana qarşı hafiz idin. Fasiqlərin yolundan üz çevirmisən, ah çəkmisən, zəhmət və əziyyətə düşmüş insanın ahını. Sənin səcdə və rükuların uzun idi, dünyada zahid və təqvalı idin”. İmam (ə.f) bu dəyərli kəlamları ilə bizə İmam Hüseynin (ə) on xüsusiyyətini tanıtmışdır. 1. İmam Hüseyn (ə) Peyğəmbərin (s) övladı idi. 2. O, Quranın sənədi və dayağı idi. Qurani-Kərim, İmam Hüseynin (ə) müqəddəs varlığına söykənərək yayılmağa başladı. 3. İmam (ə) ümmətin sınmaz qolu idi. İslam ümməti onun varlığı ilə daha qüdrətli və güclü idi. 4. İmam (ə) itaət yolunda çox çalışqan və səy göstərən idi. 5. Həzrət (ə) verdiyi sözə və bağladığı əhdə həmişə vəfalı olmuşdur. 6. O, fasiqlərin yolundan üz çevirmişdi və heç bir zaman onlara tərəf meyl etməmişdir. 7. İmam (ə) dərdli halda ah çəkir və onun bu ahı – zəhmətə və əziyyətə düşən insanın naləsi idi. 8. İmamın (ə) səcdə və rükusu uzun olardı və uzun müddət səcdə və rükuda qalardı. Belə görünür ki, İmam Zaman ağamız (ə.f) bu sözləri ilə İmam Hüseynin (ə) Məbuduna qarşı nə qədər aşiq olduğunu bildirmək istəmişdir. 9. İmam Hüseyn (ə) dünyaya qarşı rəğbətsiz və laqeyd idi. Çünki, o, həqiqi zahid idi. 10. Onun dünyaya qarşı baxışı, başqalarından fərqli olaraq, dünyadan qopmuşların baxışı idi. Dünyanın naz və neməti onun üçün əhəmiyyətsiz və dəyərsiz idi. (Deyerler.org) Oxşar xəbərlər
|