Seyyidüş-şühədanın (ə) vəsiyyətində Aşura qiyamının hədəfləri barədə
Müaviyyə (lən) 60-cı hicri-qəməri ilində öləndən sonra, xilafəti qəsb edən məlun Yezid, Mədinə hakiminə məktub göndərir. Bu məktubda İmam Hüseyndən (ə) beyət alınması bəyan edilirdi. İmam (ə) ya beyət etməli idi, ya da öldürülməli idi. İmam (ə) İslam ümməti üçün mühüm şəxsiyyət olduğu üçün, onun beyət etməməsi öldürülməsi təhlükəsini özü ilə gətirirdi. Qəsbkar məlunun məntiqinə görə, ola bilməz ki, İmam (ə) sağ olsun və Yezidə beyət etməsin. Çünki əgər İmam (ə) Yezidin hökumətini qəbul etməsəydi, bu, Yezidin (lən) etibarını alçaldardı. Ona görə də tələb belə idi ki, əgər İmam (ə) sağ qalmağını istəyirsə, gərək onunla beyət edəydi. Bu mövzu Peyğəmbərin (s) canişininin təyin edilməsi zamanı da baş vermişdi. Birinci xəlifəni Peyğəmbərin (s) canişini kimi tanıdan zaman bir çoxları onu qəbul etməmişdi. Bu müxaliflərdən biri də Əmirəl-möminin (ə) idi. Ancaq İmam Əli (ə) Peyğəmbər (s) səhabələri arasında ən görkəmlisi olduğu üçün, onun beyət etməməsi dini hökuməti qəbul etməməsi mənasını verərdi. Ona görə də hər nəyin bahasına olursa-olsun, ondan beyət alınmalı idi. İmam Hüseyn (ə) bilirdi ki, Yezid hökumətinə görə ondan beyət almaq istəyəcəklər. Ona görə də İmam (ə) belə buyurmuşdu:“Əgər yer üzündə heç bir pənah yerim olmasa belə, Yezid ibni Müaviyyə ilə beyət etmərəm”. İmam (ə) Mədinədən Məkkəyə tərəf hərəkət edir. Həcc mərasimi olduğu üçün Hicaza çox sayda insan axışırdı. İmam (ə) hacılarla görüşüb, onlara öz niyyətini açıqladı. İmam (ə) Mədinədən çıxan zaman öz vəsiyyətnaməsini yazıb, qardaşı Muhəmməd ibni Hənəfiyyəyə verdi. İmam (ə) bu vəsiyyətdə yazmışdı: “بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِیمِ «هَذَا مَا أَوْصَى بِهِ الْحُسَیْنُ بْنُ عَلِیِّ بْنِ أَبِی طَالِبٍ إِلَى أَخِیهِ مُحَمَّدٍ الْمَعْرُوفِ بِابْنِ الْحَنَفِیَّةِ أَنَّ الْحُسَیْنَ یَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِیكَ لَهُ وَ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَ رَسُولُهُ جَاءَ بِالْحَقِّ مِنْ عِنْدِ الْحَقِّ وَ أَنَّ الْجَنَّةَ وَ النَّارَ حَقٌ وَ أَنَّ السَّاعَةَ آتِیَةٌ لا رَیْبَ فِیها وَ أَنَّ اللَّهَ یَبْعَثُ مَنْ فِی الْقُبُورِ وَ أَنِّی لَمْ أَخْرُجْ أَشِراً وَ لَا بَطِراً وَ لَا مُفْسِداً وَ لَا ظَالِماً وَ إِنَّمَا خَرَجْتُ لِطَلَبِ الْإِصْلَاحِ فِی أُمَّةِ جَدِّی أُرِیدُ أَنْ آمُرَ بِالْمَعْرُوفِ وَ أَنْهَى عَنِ الْمُنْكَرِ وَ أَسِیرَ بِسِیرَةِ جَدِّی وَ أَبِی عَلِیِّ بْنِ أَبِی طَالِبٍ ]علیه السّلام[ فَمَنْ قَبِلَنِی بِقَبُولِ الْحَقِّ فَاللَّهُ أَوْلَى بِالْحَقِّ وَ مَنْ رَدَّ عَلَیَّ هَذَا أَصْبِرُ حَتَّى یَقْضِیَ اللَّهُ بَیْنِی وَ بَیْنَ الْقَوْمِ بِالْحَقِ وَ هُوَ خَیْرُ الْحاكِمِینَ وَ هَذِهِ وَصِیَّتِی یَا أَخِی إِلَیْكَ وَ ما تَوْفِیقِی إِلَّا بِاللَّهِ عَلَیْهِ تَوَكَّلْتُ وَ إِلَیْهِ أُنِیبُ قَالَ ثُمَّ طَوَى الْحُسَیْنُ الْكِتَابَ وَ خَتَمَهُ بِخَاتَمِهِ وَ دَفَعَهُ إِلَى أَخِیهِ مُحَمَّدٍ ثُمَّ وَدَّعَهُ ». İmam (ə) vəsiyyətə Allahın yeganə olmasına, Həzər Muhəmmədin (s) peyğəmbər olmasına və məada şəhadət verərək başlamışdır. İmam (ə) İslam dinində olduğunu vurğulamışdır ki, gələcəkdə olanlar onu xarici (müsəlman olmayan) kimi qəbul etməsinlər. İmam (ə) bu vəsiyyətdə qiyamdakı üç hədəfini açıqlamışdır. 1. Peyğəmbər (s) ümmətində islahlar etmək. İmam (ə) bu qiyama 57 yaşında başlamışdır. Hüseyn inqilabının əzəmətini dərk etmək üçün gərək bilək ki, bu 57 ildə İslam ümmətinin başına nələr gəlmişdir. Nələr baş vermişdi ki, İmam (ə) üçün şəhadətdən savayı yol qalmamışdır. İmam (ə) buyurur: “İstəyirəm ki, cəddimin ümmətini islah edim”. 2. Əmr be-məruf və nəhy-əz-munkər. Dini cəmiyyətin sağlam olmasına şərait yaradan amillərdən biri də əmr-be-məruf və nəhy-əz-munkərdir. İmam Hüseyn (ə) buyurur: “Məgər görmürsünüzmü ki, haqqa əməl etmirlər və batildən nəhy edilmir? Bu cür şəraitdə mömin gərək Allahla görüşə hazır olsun”. 3. Peyğəmbər (s) və İmam Əli (ə) sünnətinə əməl etmək. Yəni, onların getdiyi yolu davam etdirmək. Məlum olur ki, 50 ildə Peyğəmbər (s) sünnəti o qədər dəyişib ki, İmam (ə) buyurur: “İstəyirəm ki, cəddimin və atamın sünnətinə əməl edim”. İmam (ə) sonda buyurur: “Hər kim ki, mənim haqq dəvətimi qəbul edər, Allahın haqqını yerinə yetirmiş olar. Hər kim mənim dəvətimi qəbul etməz, səbir edərəm ki, Allah mənimlə insanlar arasında hökm etsin”. Oxşar xəbərlər
|