İmam Hüseynin (ə) müsibətinə göz yaşı tökmək – Seyyidi-Şühəda ilə (ə) beyəti təzələməkdir
Mьəllif: admin1
Tarix: 29-08-2020, 17:26
İmam Hüseynin (ə) müsibətinə göz yaşı tökmək – Seyyidi-Şühəda ilə (ə) beyəti təzələməkdir

Məhərrəm ayı qəməri aylarının ilk ayıdır və bu ayı ona görə belə adlandırıblar ki, İslamdan öncəki dövrdə də bu ayda müharibə etmək haram edilmişdir. Məhərrəm ayının 1-i qəməri ilinin ilk günü hesab olunur.

Bəni-Üməyyə 61-ci hicri ilində Kərbəla çölündə İmam Hüseynin (ə) mübarək qanını tökərək, bu ayın hörmətini yerə vurdular. O gündən bəri məhərrəm ayı Kərbəla hadisəsi, Aşura hadisəsi ilə məşhur olmuşdur.

Məhərrəm ayı artıq gəlmişdir və onun gəlişilə ürəklər qəmlənər və İmamın (ə) aşiqləri qaraya bürünərlər. Hər gün əza məclisləri təşkil edilərək, məzlum İmamı (ə) yada salarlar.

Məhərrəm ayı Aşura hadisəsini yada salmaq simvoludur və Əhli-beyt (ə) üçün Məhərrəm - Aşura, Kərbəla - İmam Hüseynlə (ə) qarışmışdır. Sanki məhərrəm ayı İmam Hüseyn (ə) və Aşurasız mövcud deyil.

İmam Hüseyn (ə) öz şəhadəti ilə İlahi qürbə yaxınlaşdı və bu nəhəng insanlıq səhnəsi bizim gözümüzün önündən Qiyamətə qədər getməyəcəkdir.

İmam Hüseynin (ə) davamçılarının vəzifəsi budur ki, onun sünnət və əməllərini davam etdirsinlər və Əba Abdullahın (ə) yanar çırağını sönməyə qoymasınlar. Çünki bu çıraq bizə Sirat yolunu göstərir və biz Əhli-beyt (ə) davamçılarının vəzifəsi budur ki, Həzrətə (ə) əza saxlayaraq, bu hidayət çırağını daha da şölələndirək.

Təvəlla və təbərra da çox mühümdür. İmam Hüseynin (ə) müsibətinə göz yaşı tökmək – bir növ Seyyidi-Şühəda ilə (ə) beyəti təzələməkdir və onun düşmənlərinə nifrəti bəyan etməkdir. Bu əza məclisləri insanı Əhli-beytə (ə) yaxınlaşdırar və bu yanğını sonrakı nəsillərə ötürər.

İmam Hüseynin (ə) müsibətinə göz yaşı tökmək - İmamın (ə) inqilabını ayaqda saxlamaq deməkdir. Əza məclisləri keçirtmək – Aşura şüarlarını insanlara çatdırmaq deməkdir. Məhərrəm ayında əza saxlamaq həmişə iti bir silahdır ki, zülmə tərəfə çevrilər.

Həzrət Peyğəmbər (s) buyurur: “Hüseynin (ə) ölümü möminlərin ürəyinə atəş salmışdır ki, heç bir zaman soyumayacaqdır”.

İmam Həsən (ə) buyurur: “O şey ki, mənə çatar - zəhərdir ki, ağzıma tökülmüş olar, ancaq ey Əba Abdullah! Heç bir gün sənin (müsibət) günün kimi deyildir!”.

İmam Rza (ə) buyurur: “Hüseynə (ə) ağlayanlar ağlamalıdırlar. Çünki ona ağlamaq böyük günahları aradan aparar. Məhərrəm ayı gəlib çatan zaman heç kəs atamı gülərüz görməzdi.

Qəm ona hakim olardı o günə qədər ki, on gün keçərdi. Onuncu gün onun qəm və ağlamaq günü olardı və buyurardı: “Bu, o gündür ki, Hüseyni (ə) öldürüblər””.

İmam Rza (ə) yenə buyurur: “Hər kim Aşura günü ticarətini buraxar, Allah dünya və axirət hacətlərini yerinə yetirər”.

Bəli, Kəsa səhabələrinin sonuncusu olan İmam Hüseynin (ə) əzasını ürəklərə yanğı verir və bu yanğının şöləsi ilə ürəklər ona tərəf can atır.

Ali dini rəhbər bu haqda buyurur: “İmam Hüseyn (ə) əməli cəhətdən İslam tarixinə böyük bir dərs verdi. Həqiqətdə İslam dinini həm öz zamanında və həm də başqa zamanlar üçün sığortaladı.

O yerdə ki, bu cür fəsad törədilər, İmam Hüseyn (ə) həmin yerdə dirilər. Öz əməli ilə deyər ki, siz nə etməlisiniz, vəzifəniz nədir. Ona görə də İmam Hüseynin (ə) və Kərbəlanın xatirəsi həmişə canlı olmalıdır. Çünki Kərbəlanı yada salmaq – bu əməli dərsi gözlər önünə qoyar”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930