YOXSULLUĞUN GÜNAHLA ƏLAQƏSİ
Cəmiyyətimizi günahdan təmizləmək istəsək, yoxsulluqla ciddi mübarizə aparmalıyıq. Yoxsulluq günaha zəmin yaradan bir amildir. Hədislərdə bəzi vaxtlar yoxsulluq bəyənilib, bəzi vaxtlar isə pislənibdir. Pislənən yoxsulluq, iqtisadi cəhətdən yoxsul olmaqdır. Elə bir yoxsulluq ki, ya varlıların kasıblara müsəllət olmasından, ya da insanın özünün tənbəlliyindən irəli gəlir. Yoxsul ehtiyac üzündən narkotik maddələrə qurşanmaq və oğurluq kimi günahlara çəkilə bilər. Atalar demişkən «Acın imanı olmaz». Deməli, cəmiyyətimizi günahdan təmizləmək istəsək, yoxsulluqla ciddi mübarizə aparmalıyıq. Burada İmam Əlidən (ə) bir neçə hədisə diqqət yetirək. İmam Əli (ə) buyurur: «Yoxsulluq böyük ölümdür». O həzrət oğlu Məhəmməd Hənəfiyyəyə buyurur: «Oğlum! Sənin yoxsul olmağından qorxuram. Ondan Allaha pənah apar! Çünki yoxsulluq, insanın dinini naqis, fikrini nigaran, camaatı ona və onu camaata bədbin edər». Başqa bir hədisdə buyurur: «Qəbrə getmək yoxsul olmaqdan yaxşıdır.» Oxşar xəbərlər
|