Şeytan (lən) bu 5 əməldə insanları xüsusilə aldadır
Bir gün Həzrət Musa (ə) münacat etmək üçün Tur dağına gedir və şeytan (lən) da onun ardınca gedir.
Şeytanın davamçılarından biri şeytana deyir: “Məgər Musanın (ə) vəsvəsə olacağına ümid bəsləyirsən?”. Şeytan deyir: “Atasını behiştdən qovmuşam, ümid edirəm ki, onu da yolundan azdırım”. Şeytan (lən) özünü Həzrət Musaya (ə) çatdırır və Musa (ə) onu min rəngli papaqla görür. Papağının rənglərindən sual verir və şeytan cavabında deyir: “Ey Musa! Bu rənglərlə insanların qəlbini alıb, aldadıram. Sənin üçün min beş dənə nəsihət sözüm vardır. Qulaq as sənə deyim ki, bunlarda sənin üçün mənfəət vardır”. Həzrət Musa (ə) buyurur: “Mənim sənin nəsihətinə ehtiyacım yoxdur”. Bu zaman Cəbrayil (ə) nazil olur və deyir: “Ondan beş kəlmə eşit və qalanını boş burax ki, qalan sözləri vəsvəsədir”. Həzrət Musa (ə) dayanır və deyir: “De”. Şeytan (lən) deyir: “Beş əməl vardır ki, mən o beş əməldə insanları aldadıram. 1. Qəzəblənən zaman özümü Adəm övladına çatdırıram ki, heç bir zaman qəzəbləndiyi zaman qədər ona hakim ola bilmirəm. Ola bilsin ki, iki dəqiqə qəzəblənməsində onları qətlə və ya başqa bir günaha salım. Ona görə də qəzəb zamanı özünü qoru ki, məbada həlak olasan. 2. Özünə lovğalığı və təkəbbürü yol vermə. Çünki lovğalıq və təkəbbür məni bu bədbəxtliyə salmışdır. O həddə ki, Allah dərgahından qovuldum, Onun və bəndələrinin lənətinə düçar oldum. 3. Naməhrəm qadınla xəlvət etmə ki, mən bütün qüdrətimi sənin üsyan etməyin üçün işə salaram. Çox az insan xəlvətdə özünü qoruya bilər. 4. Bacaradığın qədər Allahla nəzir və əhd bağlama ki, mən qüdrətimin çatdığı qədər qoymaram ki, kimsə onun öhdəsindən gəlsin. 5. O zaman ki, sədəqə verməyi qəsd edərsən – tələs, əks halda səni onun fəzlindən məhrum edərəm”. /Deyerler.org/ Oxşar xəbərlər
|